Fransızlar niyə İngiltərədə yaşamağı sevirlər - MARAQLI SƏBƏBLƏR

Fransızlar niyə İngiltərədə yaşamağı sevirlər - MARAQLI SƏBƏBLƏR
Xəbərlər 6 Sentyabr 2018 09:47 467
Fransızlar niyə İngiltərədə yaşamağı sevirlər - MARAQLI SƏBƏBLƏR
Elbəyi Həsənli fransızların Londonda yaşamalarının maraqlı səbəblərini qeyd edib.

Londonda nə qədər fransız yaşayır? Söhbət yalnız paytaxından gedir. İnanmayacaqsız. Hazırda 300 min fransız Londonda məskunlaşıb. Əminliklə demək olar ki, London fransızların yaşadığı 6-cı böyük şəhərdir. İlk beşlikdəki şəhərlər isə Fransadadır...

Londonda yaşayan bəzi fransızların fikri ilə tanışı olun:

ALAİN GATİMEL. 30 yaşı var. İşləyir. Deyir: " Londonda yaşamaq mənə sevinc gətirir. Bura çox dinamik və ifrat dərəcədə beynəlmiləldir. İnsanlar bura iş tapmağa gəlirlər, iş tapdıqdan sonra isə bəlli olur ki, bu şəhərdə yaşamaq da çox xoşdur. Mənim şirkətim amerika bankı tərəfindən alınıb, işdən sonrakı vaxtımı da amerikalı xanımla keçirirəm. Hələ 5-6 il də Londonda yaşamaq fikrindəyəm..."

ANNE-MARİE DESOİS. 21 yaşı var. İngilis dilini öyrənmək üçün 3 il əvvəl Londona gəlib. O, deyir: "Mən Savoy Hotel-də çalışarkən gələcək oğlan dostumla tanış oldum. Hoteldə maliyyə işlərinə baxıram. Düşünürəm ki, London mənim doğma evimdir. Biz gələn il evlənməyə hazırlaşırıq..."

CELİNE ABADİE. (xanım) 28 yaşı var. İki həftə ərzində Londonda özünə iş tapıb. O, deyir: "Fransada işsizlik çox yüksək səviyyədədir. Xüsusi ilə gənclər iş tapa bilmir. Parisdəki dostların arasında belələri çoxdur. Eləsi var ki, 6 aydır ki, iş axtarır. İngiltərədə azadlıq və imkanlar çoxdur. Yaxşı mənada hər şey etmək mümkündür..."

Bunları niyə yazıram? Görürsüz, hətta fransızlar da öz ölkələrində iş tapmayanda yabançı ölkələrə üz tutur. İndi dünya o qədər balacadır ki. Bakıda illərlə işsiz qalan gənclər var. Sözüm onlaradır. Öz üzərinidə işləyin, oxuyun, müxtəlif peşələrə yiyələnin. Sürücülük bacarığı da Qərbdə çox önəmlidir. Əcnəbi dilləri öyrənin. Və ölkədən çıxın. Sizin əməyinizə, intilektinizə ehtiyac olan ölkələri seçin...

Bir sözlə, çalışqan və çevik olmaq lazımdır. Gəncliyinizi boşuna xərçləməyin. Həyatda öz yerinizi tapmağa tələsin..

OXŞAR XƏBƏRLƏR