Turizm Mövsüm Sərgisinin layihəsi təqdim olunacaq

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə fevralın 21-də 2-ci Turizm Mövsüm Sərgisinin layihəsi təqdim olunacaq.
Xəbərlər 20 Fevral 2015 00:00 997
Turizm Mövsüm Sərgisinin layihəsi təqdim olunacaq

Assosiasiyadan Seyyah.az-a verilən məlumata görə, tədbir “28 mall” Ticarət Mərkəzinin 4-cü mərtəbəsi, “28 Cinema”nın isə 5 mərtəbəsində keçiriləcək.

Layihənin iştirakçıları qismində 25 aparıcı turizm agentliyi, 10 otel, şəhər gəzintisi (qırmızı ekskursiya avtobusları) və turizmə aid digər təşkilatlar iştirak edəcək.
Qeyd olunan layihə ildə 3 dəfə keçirilir. Məlumatda qeyd olunur ki, layihənin keçirilməsinin əsas məqsədlərindən biri Azərbaycanda turizmi inkişaf etdirməkdir. Layihənin mahiyyəti agentliklər, mehmanxanalar və istehlakçılar arasında ünsiyyətin yaradılmasıdır.

Qeyd edək ki, sözügedən layihə  fevralın 21-də saat 12:00-dan 20:00-dək baş tutacaq. Sərginin ziyarətçilərini Novruz bayramı, erkən rezervasiya və ümumilikdə turizm barədə  bir çox vacib məlumatlar  və   xoş təəssürat  gözləyir.

Sərgi ARTİŞOK agentliyin və AZTA şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək.

OXŞAR XƏBƏRLƏR