Azərbaycan «Boeing-787 Dreamliner» təyyarəsini bu il alacaq

Xəbərlər 4 Fevral 2014 00:00 1466
Azərbaycan «Boeing-787 Dreamliner» təyyarəsini bu il alacaq

Azərbaycan Hava Yolları» QSC (AZAL) bu il ölkəyə «Boeing-787 Dreamliner» təyyarəsini gətirəcək. Bunu «APA-Economics»ə aviaşirkətin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib. Onun sözlərinə görə, təyyarə təxminən 250 nəfərlik sərnişin üçün nəzərdə tutulub. «Bu təyyarə AZAL-a Cənubi və Şimali Amerika, Cənub-Şərqi Asiya və digər regionlara uçuşlar yerinə yetirməyə imkan verəcək», - deyə M.Səfərli əlavə edib.

 

Xatırladaq ki, hazırda AZAL-ın təyyarə parkında 7 «Airbus A-320», 4 «Boeing-757-200», 3 «Airbus A-319», 2 «Airbus A-340», 2 «Boeing-767-300ER» avialaynerləri mövcuddur.

OXŞAR XƏBƏRLƏR