«Qapımız açıqdır gəlin, uçun» - “AZAL”DAN ÇAĞIRIŞ

«Qapımız açıqdır gəlin, uçun» - “AZAL”DAN ÇAĞIRIŞ
Xəbərlər 13 Sentyabr 2018 16:10 552
«Qapımız açıqdır gəlin, uçun» - “AZAL”DAN ÇAĞIRIŞ

Azərbaycanda baş verən dəyişikliklər ölkənin əsas aviasiya daşıyıcısı olan AZAL-a da təsir etməyə başlayıb. AZAL rəhbərliyi xarici aviaşirkətlərə müraciət edərək onları Azərbaycana uçmağa çağırıb. Seyyah.az xəbər verir ki, bu çağırışı sentyabrın 13-də Bakıda “Azərbaycan Hava Yolları”nın 2018-ci ilin 8 ayı üzrə fəaliyyətinin yekunları və payız-qış mövsümünə hazırlığı üzrə müşavirədə şirkətin prezidenti Cahangir Əsgərov səsləndirib.

“Rəsmən bəyan edirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun qapıları bütün aviaşirkətlər üçün açıqdır, biz əlçatanıq və hər bir istəyi yerinə yetirməyə hazırıq. Yaxın və uzaq xaricdən aviaşirkətləri xidmətlərin bütün spektrini ən yüksək səviyyədə təklif edən bizim gözəl Heydər Əliyev Beynəlxalq Aeroportuna uçmağa dəvət edirəm", deyə AZAL prezidenti bildirib.

Xatırladaq ki, son dövrlərə qədər Azərbaycana uçmaq istəyən xarici şirkətlərin sayı olduqca az idi, elə indi də dünyanın bir sıra loukost şirkətləri qonşu ölkələrə uçuşlar təşkil etdiyi halda Azərbaycanla əməkdaşlıq etmirlər. Bunun əsas səbəbi kimi, burada onlara lazımi şəraitin yaradılmaması göstərilirdi. Bu isə son nəticədə ölkədən uçuşlarda monopliyanın yaranmasına və uçuş qiymətlərinin yüksəlməsinə, sərnişinlərin bu bahalıqdan xroniki narazılığına səbəb olurdu.

İndi isə AZAL rəhbərliyi «qapıların hamı üçün açıq olduğunu» bəyan edib.

Müşavirədə bildirilib ki, ilk 8 ayda Bakı hava limanı 3,080 milyon sərnişinə xidmət göstərmişdir ki, bu da regiondakı bütün digər aeroportların göstəricilərini üstələyir. Müqayisə üçün: bu dövrdə Tbilisi aeroportu 2,565 milyon sərnişinə xidmət göstərmişdir, Yerevan və Gümrü hava limanlarının ümumi sərnişin dövriyyəsi isə 1,873 milyon nəfər təşkil etmişdir.

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR