AZAL stüardessa axtarır - ELAN, ŞƏRTLƏR

AZAL stüardessa axtarır - ELAN, ŞƏRTLƏR
Xəbərlər 14 Sentyabr 2018 11:44 1216
AZAL stüardessa axtarır - ELAN, ŞƏRTLƏR

"Azərbaycan Hava Yolları" QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir. Sənəd qəbulu 2018-ci il sentyabrın 17-dən oktyabrın 17-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq.

Namizədlər müsabiqə yolu ilə seçiləcəklər.
Müsabiqədə 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan, mütləq qaydada Azərbaycan, rus və inglis dillərində sərbəst danışan xanımlar iştirak edə bilər. Digər xarici dilləri bilmək arzuolunandır.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:
- şəxsiyyət vəsiqəsi; 
- bir fotoşəkil (3х4); 
- xarici pasport;
- diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

Bütün sənədlər “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.

Əlaqə telefonları: (012) 497-26-00 (daxili 24-04; 32-81; 20-74)

OXŞAR XƏBƏRLƏR