Dünyanın ən bahalı və qəribəliklərlə dolu universitetləri - ARAŞDIRMA

Dünyanın ən bahalı və qəribəliklərlə dolu universitetləri - ARAŞDIRMA
Xəbərlər 14 Sentyabr 2018 12:09 100
Dünyanın ən bahalı və qəribəliklərlə dolu universitetləri - ARAŞDIRMA

Seyyah.az Azərbaycan Texniki Universitetinin baş müəllimi Şahin Maşayevin dünya universitetləri ilə bağlı geniş araşdırmasını təqdim edir:

Ən bahalı universitetlər hansıdır, ən sərfəli tələbə şəhərciyi harda yerləşir və dünyanın ən qəribə dərslər keçilən universitetləri hansıdır, bu dərslərdə nədən bəhs olunur?

 

Dünyanın ən bahalı universitetində illik təhsil haqqı 39.240 dollardır

Amerikanın dünyaca məşhur “Forbes” jurnalı planetin ən bahalı universitetlərinin siyahısını açıqlayıb. Jurnalın redaksiya məqaləsində qeyd edilir ki, “oxucuların çoxu təəccüblənə bilər, çünki sözügedən siyahıya  ABŞ-ın Harvard, Priston və Yel, nə Britaniyanın Oksford və Kembric kimi universitetlərinin adı daxil olunmayıb. Bunun da səbəbi var: siyahıda adı olan universitetlər ən yüksək ödəniş haqqı ilə onları geridə qoyub”.

Aşağıda sizə yerləşdiyi region üzrə dünyanın ən bahalı universitetləri siyahısında olan ali təhsil müəssisələrinin siyahısını təqdim edirik:

ABŞ

1.Corc Vaşinqton Universiteti (ABŞ, Kolumbiya). Təhsil haqqı – illik 39240 $. Bu, ABŞ-ın və dünyanın ən bahalı universitetidir (4 illik bakalavr tədrisi üzrə ali təhsil müəssisələri arasında). Universitet Ağ Ev və Dövlət Departamentinin yaxınlığında yerləşir.

2.Kenyon Kollecİ (ABŞ, Ohayo). Təhsil haqqı – illik 38140 $. Universitet adıçəkilən ştatda ən qədim özəl universitetdir. Adıçəkilən universitetdə 9 tələbəyə bir müəllim düşür, qrupda isə 15 nəfərdən az tələbə olur. ABŞ prezidenti Rateford Hays və aktyor Pol Nyumen bu universitetin məzunlarıdır.

3.Bucknell Universiteti (ABŞ, Pensilvaniya). 2007-2008-ci illərdə təhsil haqqı – illik 38134 $ təşkil edib. ABŞ-ın ən iri özəl universitetlərindən biri sayılır.

4.Vassar Kollec (ABŞ, Nyu-York). 2007-2008-ci illərdə təhsil haqqı – 38115 $. Burada 9 tələbəyə 1 müəllim düşür. Demək olar ki, bütün tələbələr universitetin kampus ərazisində yaşayır. Tələbələr diplom almaq üçün minimum bir xarici dili mükəmməl öyrənməlidirlər.

5.Sarah Lawrence Kollec (ABŞ, Nyu-York). 2007-2008-ci tədris ili üçün illik ödəmə 38090 $ təşkil edib. Tələbələ-bakalavrların təxminən 75 faizi – xanımlardır. Burada 8 tələbəyə bir müəllim düşür.

Avropa

Paris Amerika Universiteti (Fransa, Paris). Təhsil haqqı – illik 34725 $ təşkil edir. Universitet Eyfel qülləsinin yaxınlığında yerləşir, tələbələrin təxminən üçdə biri amerikalılardı.

Avstraliya

Bond Universiteti (Qızıl sahil, Kvinslend). İllik təhsil haqqı 32900 $ təşkil edir. Dövlət tərəfindən maliyyələşmir. Tələbələrin yarısı xaricilərdir.

Kanada

Quest Universiteti (Kanada, Kolumbiyanın Britaniya əyaləti). İllik təhsil haqqı 23420 dollar. Bu universitet 2007-ci ilin sentyabrında açılıb və hələ ki Bachelor of Arts and Sciences (İncəsənət və təbiət elmləri) üzrə bakalavr pilləsini təklif edir. Böyük Britaniya 1.Bukingem Universiteti (İngiltərə). Təhsil haqqı illik 15195 $. Böyük Britaniyanın yeganə tamamilə özəl universitetidir. Bakalavr dərəcəsini 2 il müddətinə almaq mümkündür. Uzaq Şərq 1.Aoyama Gakuin University (Yaponiya, Tokio). İllik təhsil haqqı 11700-16100 $ təşkil edir. 1874-cü ildə metodistik episkopal kilsəsinin missionerləri tərəfindən təsis olunub.

Meksika

“750 dollarlıq oyuncaq hazırlamaq üçün bir ilini fəda edən gənclər…

Instituto Tecnologico y de Estudios Superiores de Monterrey (Meksika). Təhsil haqqı 11210 $ dollar. Ölkənin ən prestijli və bahalı universitetlərindən biri olan bu universitet 1943-cü ildə Meksika biznesmenləri tərəfindən təsis olunub. Sonda qeyd edək ki, “Forbes”in bu siyahısı ABŞ-ın The Chronicle of Higher Educatione nəşrinə istinadən hazırlanıb. Adıçəkilən nəşr ali təhsil sahəsində akademik ictimaiyyət üçün xəbərlər və digər məlumatları dərc edir.

Paris ən yaxşı tələbə şəhəridir….

Keçək tələbə şəhərlərinə. Ən yaxşı universitet deyib, keçmək olmur. Dünyanın ən yaxşı tələbə şəhərləri siyahısı da önəmlidir. “Quacquarelli Symonds” adlı ingilis xaricdə təhsil üçün məsləhət şirkəti hər il olduğu kimi bu ildə dünyanın ən yaxşı tələbə şəhərlərini müəyyən edib. Siyahıda tələbələrin ilkin seçimləri Avropa universitetləri olub. Birinci yerdə isə Avropanın ən bahalı şəhərlərindən biri Parisdir. Tələbə həyatının ən gözəl yaşanacağı kimi göstərilən Paris bahalılığına rəğmən tələbələr tərəfindən ən çox seçilən şəhərdir. Və yaşayış keyfiyyətinə görə də ən müvafiq qiymətlərin olduğu şəhərdir. Şəhəri birinci edən faktorlardan biri odur ki, bura mədəni zənginliyi ilə yanaşı, həm də dünyanın ən yaxşı universitetləri sırasına 17 universitetinin adını yazdıran şəhərdir. Bakalavr və magistratura tələbələrinə 2013-2014 təhsil illəri nəzərə alınaraq hazırlanan siyahıda universitetləri reytinqi, beynəlxalq tələbə sayı, yaşayış keyfiyyəti, iş imkanları və təhsil ödənişləri olmaqla 5 kateqoriyada araşdırma aparıldı. Parisdən sınra siyahıda ikinci yeri İngiltərənin paytaxtı London tutub. 50 maddəlik siyahıdakı 3-cü yerdə olan şəhər isə Sinqapurdur.

Mənbə: AzEdu.az

OXŞAR XƏBƏRLƏR