Müsəlmanlar üçün yeni trend - HALAL TƏTİL

Müsəlmanlar üçün yeni trend - HALAL TƏTİL
Xəbərlər 14 Sentyabr 2018 14:16 837
Müsəlmanlar üçün yeni trend - HALAL TƏTİL

Əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdə insanların çoxu yedikləri qisaların halal olub-olmadığına daha çox diqqət yetirirlər. Türkiyədə  GİMDES (Qida və Narkotik Maddələrin Təftiş və Sertifikatlaşdırma Assosiasiyası) İslam şərtlərinə uyğun istehsal edilən məhsullara  "halal qida sertifikatı" verir. Bu vəziyyət, halal qida sektorunun ərzaq sektorunda bir alt sektor olaraq formalaşmasına gətirib çıxardı. 
Hətta Sırma , Erpiliç və Keskinoğlu kimi məşhur  markalar da GİMDES-dən  halal qida sertifikatları alıblar. Halal məhsul və xidmətlərin əhatə dairəsi genişləndikcə "Halal bayram" və ya "İslam bayramı"  konsepti ortaya çıxır.
Bu tələbatı ödəmək məqsədilə Türkiyədə "Halal Booking" otel sifarişləri saytı yaradılıb. Sayt istifadəçilərinə tamamilə halal bir tətil təklif edir. 
Burada təklif edilən otellərdə,  digər istirahət və şənlik məkanlarında müştərilərə alkoqollu içkilər verilmir.  Əvəzində onlara ancaq  halal qidalar təklif edilir.
Eyni zamanda , bu mehmanxanaların bir hissəsində qadınlar üçün xüsusi qapalı  hovuzlar və kənarlardan görünməyən çimərliklər mövcuddur.  Bundan əlavə həmin otellərdə müştərilərin ibadət etmələri üçün məscid də qurulub.


"HalalBooking" saytındakı otellərdə bütün xidmət və əyləncələr İslam dəyərləri və əxlaqi çərçivəsində təşkil edilir. 
Halal tətil imkanının təqdim edildiyi otellər əsasən, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Bahreyn və Mərakeş kimi əhalisinin böyük bir qismi müsəlman olan ölkələrdədir. Bunlarla yanaşı bəzi Avropa ölkələrində, məsələn Birləşmiş Krallıqda, İtaliya və İspaniyada dabu tip azsaylı otellər mövcuddur.

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR