Türk Hava Yollarının işçiləri yeni formada

Türk Hava Yollarının işçiləri yeni formada
Xəbərlər 14 Sentyabr 2018 14:23 518
Türk Hava Yollarının işçiləri yeni formada

“Türk Hava Yolları” aviaşirkətinin yaradılmasından ötən 85 müvəffəqiyyətli ili qeyd etmək məqsədilə kabin ekipajı üçün yeni uniformalar təqdim edilib. İstanbulda inşa olunan və Türkiyə aviadaşıyıcısının “yeni evi”nə çevriləcək aeroportun fəaliyyətə başlaması ilə formaları ekipaj üzvlərinin əynində görmək mümkün olacaq.

Formanın dizaynı Milan kutüryesi Ettore Bilotta aiddir.

Tünd qırmızı və antrasit boz palitrada olan bu unikal kolleksiyaya şlyapalar, əlcəklər, donlar, kostyumlar, çantalar və aksessuarlar daxildir. Layihənin digər mühüm cəhətlərindən biri də odur ki, kabin ekipajı, pilotlar, bortdakı baş aşpazlar və digər xidmətləri göstərən işçilərin uniforma dizaynı vahid üslubda olacaq, bu da sərnişinlərə brendi bir bütöv olaraq qəbul etməyə imkan verəcək.

Formanın dizayneri Ettore Billotta bildirib: “Mən “Türk Hava Yolları” üçün dizaynla məşğul olmağa başlayanda ilk olaraq məni ilhamlandıran İstanbul şəhəri idi. Bu şəhər əsrlərboyu müxtəlif növ incəsənət və mədəniyyətlərin qarışdığı bir tiyana bənzəyir, İstanbul bir çox mədəniyyətin ümumi zəngin irsinə sahib olan nadir bir şəhərdir. Mən ənənəvi xəttatlıq və mozaikadan müasirliyi vurğulayan aktual türk motivləri təfsiri ilə uyğun elementlər əlavə etmək istədim ki, təzad və ikililiyi əks etdirə bilim”.

Formanın yeni dizaynın buraxılması üçün Türkiyənin milli aviadaşıyıcısı dünyaca məşhur britaniyalı fotoqraf və rəssam Maylis Oldrici cəlb edib. O, İstanbulun qeyri-adi yerlərində “Türk Hava Yolları”nın uniformasının yeni kolleksiyasının fotolarını çəkib.

 

OXŞAR XƏBƏRLƏR