Bakı-İstanbul aviareyslərinin sayı artırılır

“Azərbaycan Hava Yolları” (AZAL) QSC mart ayının 15-dən başlayaraq Bakı-İstanbul-Bakı aviareyslərinin sayını artırır.
Xəbərlər 25 Fevral 2015 00:00 805
Bakı-İstanbul aviareyslərinin sayı artırılır

Bu barədə Seyyah.az “AZAL”-ın saytına istinadən xəbər verir.

Bakıdan bu istiqamətdə, Atatürk Hava Limanına həyata keçirilən reyslərin gündəlik sayı artırılacaq. Bu reyslərin Bakıdan uçuş vaxtı 13:25, İstanbulda enişi 14:30-da baş tutacaq, eyni hava limanından dönüş vaxtı 15:30, Bakıda enişi isə 20:25-də olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, bu reysə gediş-dönüş aviabiletinin qiyməti 346 manat təşkil edir.

OXŞAR XƏBƏRLƏR