"AZAL" stüardessa axtarır - VAKANSİYA

Azərbaycanın Milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC (AZAL) stüardessaların işə qəbulunu və namizədlər üçün kastinq elan edib. 
Xəbərlər 25 Fevral 2015 00:00 5929
"AZAL" stüardessa axtarır - VAKANSİYA

Seyyah.az-ın Oxu.az-a istinadən məlumatına görə, sənədlərin qəbulu 2015-ci ilin mart ayının 2-dən 20-nə qədər davam edəcək. Şirkət, həmçinin öz meyarlarını da təqdim edib:

  • Boyu 165 sm-dən az, 180 sm-dən çox olmamalı.
  • Yaş həddi 18-30 arası.
  • Dil bilikləri: Azərbaycan, rus və ingilis dili.

Namizədlər qəbul zamanı aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi, 2 ədəd 3*4 şəkil, xarici pasport, diplom.

Bütün sənədlər saat 10:00-dan 13:00-a qədər qəbul ediləcək.

Əlavə məlumat üçün telefon nömrələri: +99412 497 26 00 (daxili: 24-04, 24-22, 26 24).

+99412 497 20 45.

OXŞAR XƏBƏRLƏR