Lissabondan bir ətək təəssüratla - VİDEO

Lissabondan bir ətək təəssüratla - VİDEO
Xəbərlər 21 Sentyabr 2018 10:54 375
Lissabondan bir ətək təəssüratla - VİDEO

Avropanın son dayanacağında

Musiqi kimi şəhər, Lissabon. Atlantik okeanının ləpələri ilə köklənən sahilboyu. Ayaqları qumun istisinə yanan, ağzı dondurma soyuğuna donan körpə. Dəniz qumundan xəyallarındakı canlını yaradan gənc, gəncliyini sahildə əl açmaqla xərcləmiş yaşlı.

Elə bu məqamda bizi Lissabona aparmış təyyarənin bələdçi heyəti ilə rastlaşdıq. Ayaqüstü söhbətləşəndən sonra Lissabonu daha yaxından tanımaq üçün mərkəzə yol aldıq. Gözümüzə ilk dəyən Elevator di Sante Juşta qaldırıcı mexanizmi oldu. Buna sadəcə lift deməyə insanın dili dönmür. Neoqotik üslubda inşa edilmiş və 45 metr hündürlüyü olan tarixi abidə işlək vəziyyətdədir. Bayşa rayonundan Şiyadu məntəqəsinə keçid rolunu oynayır. Şəhərdəki bütün taksiləri Somos Taksi yazılı bayraqlar bəzəmişdi. Sən demə bu yerli sürücülürin taksi şirkətlərinin fəaliyyətinə görə tətil xarakterli etirazı imiş.

Elə yerli medianın gündəmi də məhz bu xəbər idi. Somos taksi isə, mən taksiyəm deməkdir. Əslində şəhərdə velosiped və motosiklet daha məşhur nəqliyyat vasitəsidir. Xüsusi dayanacaqlarda ödəniş edərək velosipedi bir növ icarəyə götürürsən və düzəlirsən velosipedlər üçün çəkilmiş yola. Şəhərin tarixi yerlərini görmək istəyənlər funikulyordan da istifadə edə bilirlər. Qiymət də 1 nəfər üçün 3,7 avro. Yazıçı Almeyda Qarret Portuqaliyada romantizmin banisi hesab olunur. Sadəcə onun romantizmi ilə müasir Lissabon reallığı arasında bir ətək fərq var. Markiz de Pombalın heykəli isə Lissabonun ən əzəmətli heykəltaraşlıq nümunələrindən biridir.

Hələ sağlığında başına dövlət quşu qonmuş di pombal intibah dövrünün ən böyük siyasətçisi hesab olunur. Şəhərdə addımbaşı asayiş keşikçiləri ilə qarşılaşırdıq. Cərimələr də öz yerində. Küçələri təmiz olan Lissabonun yeraltı keçidləri və metroları nisbətən nimdaş göründü. Daş hasara açılan darvazaya isə yalnız fəlsəfi don geyindirmək olar. Hər halda portuqaliyalılar köhnə tikililəri baxımlı hala gətirməyin yollarını bilirlər. Portuqaliyadan xoş xatirələrlə ayrıldıq. Bu şəhərə doğru təkrar ayaq açmaq üçünsə yalnız səbəb lazımdı. Allah səbəb salsın.

Mənbə: Realtv

OXŞAR XƏBƏRLƏR