2019-cu ili xaricdə qarşıla - 185 AVRO

2019-cu ili xaricdə qarşıla - 185 AVRO
Xəbərlər 21 Sentyabr 2018 12:17 590
2019-cu ili xaricdə qarşıla - 185 AVRO

Yeni ilə 3 ay qalsa da, peşəkar səyahətçilər bilirlər ki, aviabilet və gecələmək yerini (otel/hostel/ev) indidən bron eləmək-almaq lazımdır. 2016/17-cı yeni ili Polşada qarşılayanda aviabilet, otel, viza, sığorta, şəhərlərarası avtobusa bir nəfər üçün cəmi 199 avro xərcləmişdim. Əlbəttə ölkəyə və şəhərə görə qiymətlər dəyişir. 2019-cu ili qarşılamaq üçün sizə beş müxtəlif şəhəri təqdim edirəm. Aşağıda tarixləri və qiyməti yazmışam. Mötərizədə olan linkləri açsanız qeyd elədiyim tarixə olan aviabilet və otel/evi görəcəksiniz. Əgər yeni ili xaricdə qarşılamaq istəyirsinizdə bunu indi edin, sonra dekabrın əvvəlində baha qiymətə aviabilet və otelləri görüb təəccüblənəcəksiniz

31 dekabr-6 yanvar 6 gecə/7 gün

Kutaisi-Varşava-Kutaisi  82 avro (WizzAir.Com)

Best Western Hotel 192 avro, iki nəfərlik lyuks otaq (Booking.Com)

Viza 35 avro

Bir nəfər üçün cəmi: 213 avro

Barselonada yeni il

26 dekabr-2 yanvar 7 gecə/8 gün

Kutaisi-Barselona-Kutaisi  113 avro (WizzAir.Com)

Mərkəzdə iki nəfərlik apartment  270 avro (Airbnb.Com)

Viza 61 avro

Bir nəfər üçün cəmi: 309 avro

Yunanıstanda yeni il

30 dekabr-6 yanvar 7 gecə/8 gün

Kutaisi-Afina-Kutaisi  109 avro (WizzAir.Com)

Mərkəzdə iki nəfərlik apartment 170 avro (Airbnb.Com)

Viza 35 avro

Bir nəfər üçün cəmi: 229 avro

Moskvada yeni il

28 dekabr-3yanvar  6 gecə/7 gün

Bakı-Moskva-Bakı 132 avro (Butaairways.Az)

Mərkəzdə hosteldə iki nəfərlik otaq 100 avro (Booking.Com)

Bir nəfər üçün cəmi: 182 avro

İzmirdə yeni il

29 dekabr-5 yanvar 7 gecə/8 gün

Bakı-İzmir-Bakı 118 avro (Butaairways.Az)

Mərkəzdə iki nəfərlik hostel otağı 133 avro (Booking.Com)

Bir nəfər üçün cəmi: 185 avro

Mənbə: Azikiss.me

OXŞAR XƏBƏRLƏR