Xocalı soyqırımına həsr olunmuş film nümayiş olunub

Bu gün Park Cinema-da keçirilən Avropa Kinofestivalı çərçivəsində gurultulu uğurundan sonra Elçin Musaoğlunun məşhur “Nabat” filmi Xocalı faciəsinin anım günü ərəfəsində ekranlara çıxıb
Xəbərlər 26 Fevral 2015 00:00 1068
Xocalı soyqırımına həsr olunmuş film nümayiş olunub

Film diyarını tərk etməkdən imtina edən, sağ qalmağa və Qarabağ müharibəsinin onların kəndinə dağıdıcı təsirininə tab gətirməyə çalışan qoca cütlük haqqındadır. Dünya kinotənqidçilərin hörmətini qazanan bu dram bütün dünyada 11 kinofestivalda heyranlıqla qarşılanıb. “Nabat” 71-ci Venesiya kinofestivalı, Milan kinofestivalı, 50-ci Beynəlxalq Çikaqo kinofestivalında nümayiş olunub, həmçinin 2015-ci ilin Amerika “Oskar” kinoakademiyasının mükafatı uğrunda müsabiqədə iştirak edib. Almaniyanın Manheym, Heydelberq şəhərlərində keçirilən 63-cü Beynəlxalq kinofestivalda film əsas mükafat – Beynəlxalq Tənqidçilər mükafatı, Ekumenik jürinin mükafatına layiq görüldü.

 “Nabat” bədii filmi  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilib.

Filmin ssenari müəllifləri - Elxan Nəbiyev, Elçin Musaoğlu, quruluşçu operatoru - Abdulrəhim Beşarat, prodüseri - Müşfiq Hətəmovdur. Filmdə Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov, Fərhad İsrafilov, Rəhilə Məmmədova, Rövşən Ağayev, Həsənağa Səfərov çəkilmişlər.

OXŞAR XƏBƏRLƏR