Xaricdə təhsil və tələbələrin üzləşdiyi çətinliklər

Xaricdə təhsil və tələbələrin üzləşdiyi çətinliklər
Xəbərlər 23 Sentyabr 2018 22:25 373
Xaricdə təhsil və tələbələrin üzləşdiyi çətinliklər

Xaricdə təhsil almaq bir çox məktəblilərin və tələbələrin arzusudur. Bu dünyanın ən yaxşı tədris müəssisələrin birində təhsil almaq, yüksək əmək haqqı olan iş tapmaq və yeni tanışlıqlar yaratmaq üçün bir şansdır. Bəs əgər valideyinlərimizi bu cür fikir qorxudub təşvişə salırsa biz nə etməliyik?

Bu dəfə biz xaricdə təhsillə bağlı ən çox verilən suallara cavab tapmağa çalışacağıq. Xaricdə təhsillə bağlı ətraflı məlumat toplamalıyam.

 Birinci növbədə nəyə fikir verməliyəm?

Həqiqətən də belə bir qərar verdikdə bir çox məsələləri həll etmək lazımdır; hansı bakalavr və ya magistr proqramına qoşulmaq, təhsil alacağınız müddətdə harada yaşamaq, universitetə necə getmək, bu səyahətə özumlə nə qədər pul götürmək və s.

 Bu cür suallara cavabı özünüz də axtara bilərsiz yaxud kömək üçün bu sahədə peşəkarlara müraciət edə bilərsiniz.

Birdən mənim ingilis dili səviyyəm xaricdə tahsil almaq üçün yetərli deyil?

Adətən xaricdə bakalavr və magistr təhsili almaq üçün B2 dil səviyyəsi yetərli olur. Əgər təzə fənnləri başa düşməyəcəyiniz üçün narahat olursunuzsa, ingilis dilindındən intensiv kurslar keçə bilərsiz və yaxud ana dili ingilis dili olan müəllimlərdən dərs göturə bilərsiz. Başqa bir çıxış yolu, İnternational Foundation Year(Beynəlxalq Hazırlıq İli) proqramına qəbul olmaqdır. Bu proqram sizə bir il ərzində dil səviyyənizi yaxşılaşdırmağa, getdiyiniz ölkənin təhsil sistemi ilə yaxından tanış olmağa, xarici mühitə adaptasiya olmağınıza və universitetdə təhsil almaq üçün hazırlığa kömək olacaq.

Yeni dostları necə tapacam?

Bunun üçün ən asan yol universitetin yataqxanasında yerləşməkdir. Burada bütün dünyadan gələn tələbələr yaşayır. Dərslərdən sonra bir yerdə təzə və müxtəlif oyunlar oynaya yaxud cürbəcür tədbirlərə qatıla bilərsiz. Həmçinin, siz yuxarı kurs tələbələrinə kömək üçün müraciət edə bilərsiz. Onlar sizə təhsil fənlərini seçməkdə köməklik edə, nəqliyyat kartını hardan ala biləcəyinizi, münasib qiymətlər olan mağazaları tövsiyyə edə bilərlər.

Mən heç vaxt xarici ölkəyə getməmişəm və bu qədər uzun müddətə ailəmdən kənar qalmamışdım. Birdən darıxsam?

 Xarici ölkədə yaşadığınız ilk dövrlər çox çətindir. Yeni ölkədə adaptasiya olmaq, doğma olmayan dildə ünsiyyət qurmaq və əmələ gələn müxtəlif məsələləri həletmək qarşısında qalacaqsız. Bu zaman sizə yerli SIM-kart lazım olacaq. Beləliklə siz doğmalarınızla hər zaman əlaqə saxlaya, təəssüratlarınızla bölüşə, yeni yaranan məsələləri necə sərbəst həll etdiyinizi danışa bilərsiz. İki-üç ay sonra bütün diqqətiniz dərslərə və qrup yodaşlarınızla ünsiyyətə cəmləşəcək: ixtisasınız üzrə dərslər başlayacaq, maraqlarınız üzrə cəmiyyətlər yaranacaq, müxtəlif tədbirlərə dəvətlər alacaqsınız. Yarım il sonra evə məzuniyyətə gedə bilərsiz, ya da ailənizi öz yanınıza dəvət edə bilərsiz. Bu səyahət və yeni təəssüratlar üçün əla fürsət ola bilər.

 Nəticə

Əgər xaricdə təhsil almaq qərarına gəlmisizsə, bu barədə bacardığınız qədər çox məlumat toplamağa çalışın. Proqramlar və seçdiyiniz ölkədə yaşayış şəraiti ilə maraqlanmağınız yaxşı olardı. Kömək üçün bu sahədə peşəkarlara müraciət edə bilərsiniz.

CELT Colleges

OXŞAR XƏBƏRLƏR