Bakı restoranlarında biznes lanç menyusu- SİYAHI, QİYMƏTLƏR

Bakı restoranlarında biznes lanç menyusu- SİYAHI, QİYMƏTLƏR
Xəbərlər 24 Sentyabr 2018 11:50 947
Bakı restoranlarında biznes lanç menyusu- SİYAHI, QİYMƏTLƏR

Əksəriyyətimiz qazandığımız pulun müqabilində normal həyat yaşamağın, keyfiyyətli qidalanmanın, komfortun bahalı olduğunu düşünürük. Qidalanma insan orqanizmi üçün vacib amil olduğu üçün qazandığımız pulun böyük miqdarını bunun üçün xərcləyirik. İtirdiyimiz enerjinin yerini doldurmaq üçün keyfiyyətli qidalanma şərtdir. Amma təbii ki, bu büdcəmiz üçün də əlverişli olmalıdır. Xüsusilə iş həyatı qaynar olanlar üçün hər gün “fast-food” yemək sağlamlıq üçün təhlükəlidir. Buna görə bir çoxumuz ev yeməyinə bənzər, həmçinin maddi gücümüzü aşmayan menyu axtarışındayıq. Səyyah.az məşhur kafe və restoranlarda ən sərfəli qiymətə təklif edilən biznes-nahar menyularını təqdim edir.

1.Kolorit kafe - 5.50 AZN

1-ci gün mərci şorbası,tərəvəz salatı, tava kabab falqada, dessert

2-ci gün ətküftəcik şorbası, paytaxt salatı, toyuq lləvəngi düyü ilə, dessert

3-cü gün vermişuil şorbası, mimosa salatı, 3bacı dolması, dessert

4-cü gün ezogəlin şorbası,paytaxt salatı,toyuq xamada evsayağı kartof ilə, dessert

5-cü gün dovğa, göbələk salatı,ətli lobya düyü ilə, dessert daxil olmaqla

Nizami küçəsi

2.Taksim kebab - 7 AZN

Ezogelin şorbası, haydari salat, ızqara köftə, içki (kola, fanta) daxil olmaqla

7ci mikrarayon

3.Namlı kebab – 10 AZN

Şorba, salat, ana yemək, su daxil olmaqla

Fevvarələr meydanının yaxınlığı

4.Tarihi Sultanahmet köfteci - 6.50 AZN

Sultanahmet köftesi, salat, şorba, içki daxil olmaqla

Metropark

5. Anadolu Restoran– 8 AZN

Şorba, salat, ana yemək, içki daxil olmaqla

Hökümət evinin arxası

6. Movida - Lounge

Şorba, salat, ana yemək daxil olduqda qiymət 12.5 AZN, şirniyyat daxil olduqda isə 15.5 AZN olur

Port Baku

7. Dafne restaurant – 13 AZN

Eyni qiymətə 3 fərqli menyu təklif edir - şorba, salat, ana yemək, işki daxil olmaqla.

Nizami heykəlini yanı

8.Tarhun

Restoranda 2 fərqli qiymətə 3 çeşiddə menyu var - şorba, salat, ana yemək, içki daxil olmaqla. Tpyuq menyusu 7 manat, ət menyusu 9 manatdır. 

Metropark filialı

OXŞAR XƏBƏRLƏR