Pulsuz təhsil verən 3 Avropa ölkəsi

Pulsuz təhsil verən 3 Avropa ölkəsi
Xəbərlər 26 Sentyabr 2018 10:28 513
Pulsuz təhsil verən 3 Avropa ölkəsi

NORVEÇ:

Bu ölkədə bakalavr və magistr təhsili pulsuzdur. Ancaq bir əmması var. Siz, Norveç dilini bilməlisiniz. Bu ölkədə ingilis dilində bakalavr təhsili almaq istəsəniz, pul ödəməli olacaqsınız. Lakin magistr və doktoranturada ingilis dilində pulsuz oxumaq mümkündür.

Bundan əlavə, ölkə əhalisinin böyük hissəsi, demək olar ki, ingilis dilində bilir. Bu da sosial həyatınızda ünsiyyətdə problem yaşamayacağınız deməkdir. İngilis dilində təhsil üçün bu dili bildiyinizi sübut edən imtahanları verdiyinizə dair bir sənədiniz olmalıdır. Əsasən, İETLS (6 dan başlayaraq) və TOEFL sənədləri keçərlidir. Amma ölkədə həyat bir az bahadır. Bu, Norveçin digər ölkələr ilə müqayisədə həyat və gəlir səviyyəsinin yüksək olması və kəskin ölkə iqlimi ilə əlaqədardır.

Ölkə bu probleminizi həll etməyiniz üçün müəyyən saatlar rəsmi olaraq işləməyinizə icazə verir. Bu ölkədə təhsillə bağlı bütün suallara https://www.studyinnorway.no/ saytında cavab tapa bilərsiniz.

ALMANİYA:

Bu ölkədə də dövlət universitetlərində bakalavr və magistr təhsili pulsuzdur. Lakin dövlət universitetlərində bakalavr təhsili əsasən almancadır. Təhsil üçün alman dilini B2 səviyyəsində bilməyiniz kifayətdir. Magistr təhsilində də alman dili üstünlük təşkil edir. Ancaq ingilis dilində də bir çox magistr proqramları tapa bilərsiniz. İngilis dilində təhsil üçün də sizə bu dili bildiyinizi sübut edəcək beynəlxalq sertifikatlardan biri gərəkdir. Amma təhsil vizası almanız üçün Almaniyada yerləşən banklardan birinə 8000 avrodan bir az çox depozit yerləşdirməyiniz tələb olunur. Bu pulu təhsil aldığınız müddətdə hissə-hissə çıxara bilərsiniz. Əgər bu qədər pulunuz yoxdursa, təqaüd proqramlarına müraciət etməlisiniz. Ətraflı məlumat burada:https://www.study-in.de/en/.

AVSTRİYA:

Avstriya Avropada təhsil almaq üçün ideal ölkələrdəndir. Buranın iqlimi olduqca xoş, həyat səviyyəsi yüksək, təhsili isə keyfiyyətlidir. Ölkə əhalisi əsasən alman dillidir, lakin ingilis dilini də bilirlər. Avstriyada hər iki dildə çox sayda universitet proqramı tapmanız mümükündür. Pulsuz deyilə biləcək qədər ucuz magistr və bakalavr proqramları var. Özü də lap ingilis dilində. Bu ölkəyə təhsil vizası da almanız asandır. Qəbul üçün sizdən dil sertifikatı və universitet ortalamanızın bir az yüksək olması (magistr təhsili üçün) tələb olunur. Bu ölkədə də az da olsa təqaüd tapmaq imkanınız var. Ətraflı məlumat: https://studyinaustria.at/.

Mənbə: Seyahetchi

OXŞAR XƏBƏRLƏR