Dubayda turizm vergisi tətbiq olunacaq

Turizm vergisi bütün hotel, mehmanxana, apartament, qonaq evləri və istirahət evlərində qalmağa görə alınacaq.
Xəbərlər 4 Fevral 2014 00:00 1523
Dubayda turizm vergisi tətbiq olunacaq

Dubay Əmirliyi martın 31-dən başlayaraq hoteldə 1 gecə qalmağa görə turistlərdən vergi almağı planlaşdırır. Seyyah.az bildirir ki, bu barədə "The National" nəşri BƏƏ hökumətinə istinadən xəbər veririb.

Məlumata görə, əldə edilmiş vəsait Dubayın turizm və ticarətin stimullaşdırılması üçün beynəlxalq bazarda irəliləməsinə xərclənəcək. Turizm vergisi bütün hotel, mehmanxana, apartament, qonaq evləri və istirahət evlərində qalmağa görə alınacaq.

Turizm vergisi hotelin növündən asılı olaraq 7-20 dirhəm arasında (1 ABŞ dolları 3,67 dirhəmə bərabərdir) dəyişəcək.

OXŞAR XƏBƏRLƏR