Seyyah.az-ın Fins.az-ın məlumatına görə, artıq “Etihad Airways” Bakı ofisi üçün işçi qəbuluna başlanıb. Xatırladaq ki, “Etihad Airways” şirkəti BƏƏ-nin milli aviadaşıyıcısıdır. 2003-cü ildə yaradılmış şirkətin mənzil-qərargahı Abu-Dabi şəhərindədir. Dünyanın ən sürətlə inkişaf edən avivasiya şirkəti sayılan “Etihad Airways” 120 ölkəyə uçuşlar həyata keçirir.