Oteldən seyyah.az-a verilən məlumata görə, iş təcrübəsinə üstünlük verilməsinə baxmayaraq təcrübəsi az olan işçilərə təlimlər veriləcək. Jumeirah Bilgah Beach Hotel işə qəbul olunmaq istəyənləri “Açıq Qapı” gününə dəvət edir. Məlymatda bildirilir ki, “Açıq Qapı” günü martın 14-də, (Bilgəh zalı, 1-ci mərtəbə Lobby) saat: 10:00-dan 18:00-dək keşiriləcək. İşçilər üçün servis avtobusu hər gün səhər 9:00-dan 16:00-a qədər Koroğlu metro stansiyasının çıxışından otelə və geri istiqamətdə təşkil olunacaq.
Oteldən verilən məlumata görə, vakansiyalarla maraqlananlar “şəxsiyyət vəsiqəsinin surəti” və “CV “forması ilə “Açıq qapi “ günü birbaşa menecerlər ilə müsahibəyə qatıla bilər.”Açıq qapı”günündə iştirak edə bilməyən şəxslər CV formalarını qeyd olunmuş e-mail adresinə göndərə bilər - JobsBaku@jumeirah.com Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində yazmağınız xahiş olunur. Otel işçilərini rəqabətli əmək haqqı, yemək, pulsuz nəqliyyat xidməti, uniforma, iş nəlimi və gələcək karyeralarını Jumeirahda qurmaq imkanı yaradır.
Elan edilən vakansiyalar bunlardır:
Qəbul və Qeydiyyat Şöbəsi
Qida və İçki Departamenti
Mətbəx: Aşpaz
SPA /İdman və İstirahət Departamenti
Təhlükəsizlik Departamenti
Məişət və Təmizlik Departamenti
Texniki Təmizlik şöbəsi
Maliyyə Departamenti
İnformasiya Texnologiyalari şöbəsi
HAMINIZI 14 MART OTELİMİZDƏ GÖZLƏYİRİK! Əlavə məlumat üçün 012 565 4000