Yeni turizm xidməti yaradılır

Yeni turizm xidməti yaradılır
Xəbərlər 27 Sentyabr 2018 16:52 467
Yeni turizm xidməti yaradılır

Oktyabrın 18-də Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın yeni turizm brendi təqdim olunacaq.

Seyyah.az xəbər verir ki, yeni brendin təqdimatı Milli Turizm Sammiti çərçivəsində baş tutacaq.

"Noyabrda yeni turizm brendinin Londonda dünya təqdimatı keçiriləcək".

Bu sözləri Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadəredaksiyamıza açıqlamasında deyib.

"Milli Turizm Sammiti çərçivəsində yeni turizm brendinin nümayişi, Dövlət Turizm Agentliyinin Milli Turizm Təbliğat Bürosunun kollektivi ilə tanışlıq həyata keçiriləcək, yeni turizm strategiyasının müzakirəsi aparılacaq", - deyə, K.Quluzadə əlavə edib.

Mənbə: Kommersant

OXŞAR XƏBƏRLƏR