"İmzalanması planlaşdırılan aviasiya sazişi aviabiletləri ucuzlaşdıracaq"

"İmzalanması planlaşdırılan aviasiya sazişi aviabiletləri ucuzlaşdıracaq"
Xəbərlər 28 Sentyabr 2018 21:24 454
"İmzalanması planlaşdırılan aviasiya sazişi aviabiletləri ucuzlaşdıracaq"

"Avropa İttifaqının (Aİ) Azərbaycanla imzalanmağı planlaşdırdığı aviasiya sazişi ölkəyə turist axınını gücləndirəcək, milyonlarla avropalının Azərbaycana gəlməsinə səbəb olacaq".

Seyyah.az xəbər verir ki, bunu açıqlamasında Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

Onun sözlərinə görə, sazişin layihəsi Azərbaycna tərəfinə təqdim edilib: "Hazırda Azərbaycan sazişlə bağlı hesablama və qiymətləndirmə aparır, nəticəsini gözləyirik".

K.Yankauskas qeyd edib ki, hazırda Azərbaycanda aviabiletlər bahadır: "Bu sazişin imzalanması uçuşları ucuzlaşdıracaq. Bu isə milyonlarla avropalının həm biznes, həm istirahət üçün Azərbaycana üz tutmasına şərait yaradacaq. Saziş insanlara kömək etməklə yanaşı əlaqələrimizi genişləndirəcək". 

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR