Birləşmiş Krallıqla Böyük Britaniyanın fərqi

Birləşmiş Krallıqla Böyük Britaniyanın fərqi
Xəbərlər 29 Sentyabr 2018 12:50 797
Birləşmiş Krallıqla Böyük Britaniyanın fərqi

Birləşmiş Krallıq – İngiltərə, Şotlandiya, Uels və Şimalı İrlandiyadan ibarətdir. Onun tam adı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığıdır. Digər tərəfdən Böyük Britaniya yalnız İngiltərə, Şotlandiya, Uelsi əhatə edir.

Bu, Britaniya adalarının ən böyüyüdür. Şimali İrlandiya və İrlandiya Respublikasının yerləşdiyi ada isə öz böyüklüyünə görə ikincidir.

Men və Çanel adaları Birləşmiş Krallığın tərkibində deyil. Onların özünəməxsus hüquq sistemi və qanunverici orqanı var. Özünüidarəetmə sisteminə malikdirlər.

Buna baxmayaraq, Britaniya hökuməti bu adaların hərbi müdafiəsinə və beynəlxalq əlaqələrinə məsuliyyət daşıyır.

Mənbə: Seyahetchi

OXŞAR XƏBƏRLƏR