"Xaçmazda termal suların təyinatı üzrə istifadə olunması üçün proqram hazırlanıb və Dövlət Turizm Agentliyinə təqdim ediləcək".
Seyyah.az xəbər verir ki, bunu Xaşmaz Turizm İnformasiya Mərkəzinin direktoru Vasif Əhmədov bildirib.
Xaçmazda 150-180 metr dərinlikdən təbii üsulla çıxan isti su müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Mineral tərkibli su oynaq, dəri və bir sıra digər xəstəliklərin müalicəsində rol oynayır. Termal suların çıxdığı bəzi yerlərdə sahibkarlar tərəfindən kiçik infrastruktur yaradılıb. Belə istirahət mərkəzilərdə dincələn turistlərin sayı da kifayət qədərdir.
Müalicəyə gələn turistlər arasında xarici ölkə vətəndaşları da az deyil. Turistlərə gün ərzində bir dəfə olmağla sudan istifadə etmək tövsiyyə olunur. Qiymətlər isə 3-5 manat arasında dəyişir.
Mənbə: Marja