Turizm mütəxəssisləri toplaşacaq - “Baku Travel Bazaar”-da

Xəbərlər 28 Fevral 2015 00:00 839
Turizm mütəxəssisləri toplaşacaq - “Baku Travel Bazaar”-da

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə aprelin 1-də "Baku Travel Bazaar Europe" adlı turizm tədbiri keçiriləcək.

Nazirlikdən seyyah.az-a verilən məlumata görə, tədbirin məqsədi iştirakçıları potensial tərəfdaşlarla və müxtəlif istiqamətlər üzrə yeniliklərlə tanış etmək və daha sıx əməkdaşlıq əlaqələri qurmaqdan ibarətdir.

Tədbirdə təmsil olunanlar Avropanın və digər qitələrin qabaqcıl turizm sənayesinin ən yaxşı mütəxəssisləri, kütləvi informasiya vasitələrinin nümayəndələridir.

Qeyd edək ki, tədbir çərçivəsində görüş və seminarlarla yanaşı, mükafatların təqdim ediləcəyi müsabiqə də keçiriləcəkdir.

Məlumat üçün bildiririk ki, "Baku Travel Bazaar" adlı tədbirin il ərzində bir neçə dəfə keçirilməsi nəzərdə tutulub və "Baku Travel Bazaar Wellness", "Baku Travel Bazaar Exotic", "Baku Travel Bazaar Adventures" kimi adlarda müxtəlif mövzulara həsr olunacaq.

OXŞAR XƏBƏRLƏR