Nijnevartovskdan Gəncəyə birbaşa reys!

Nijnevartovskdan Gəncəyə birbaşa reys!
Xəbərlər 5 Oktyabr 2018 13:40 529
Nijnevartovskdan Gəncəyə birbaşa reys!

Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti oktyabrın 30-dan Nijnevartovsk-Gəncə- Nijnevartovsk marşrutu ilə uçuşlara başlayacaq. Bu barədə şirkətin məlumatında deyilir.

"Birbaşa reyslər hər həftənin çərşənbə axşamı günü “Airbus A320” təyyarələri ilə yerinə yetiriləcək. Təyyarə Nijnevartovskdan saat 09.35-də, Gəncədən isə saat 15:00-da havaya qalxacaq”, - deyə məlumatda bildirilir.

Biletləri aviaşirkətin saytında və ya aviakassalarda əldə etmək olar. Bir istiqamətdə minimal tarif (bütün yığımlar nəzərə alınmaqla) 12,236 min rubldan başlayır.

“Ural Hava Yolları” aviaşirkəti sərnişin daşımalarının həcminə görə Rusiyanın aparıcı aviaşirkətlərindən biridir. 2017-ci ildə aviaşirkət tərəfindən 8 mln.-dan çox sərnişin daşınıb.

Mənbə: Marja

OXŞAR XƏBƏRLƏR