Havaların soyuması mövsümi yeməklərə marağı artırıb. Qış mövsümünün ənənəvi yeməklərindən biri olan yarpaq xəngəlinə də maraq artıb. Bakı restoranlarında təqdim olunan xəngəl setlərinin qiymətləri bir-birindən fərqlidir.
“Bürc Qala Restaurant”
Kiçik Qala 15 ünvanında (İçərişəhər) yerləşən “Bürc Qala Restaurant”dan bildirdilər ki, yalnız qiyməli növünü təklif etdikləri yarpaq xəngəlinin bir payı 9 manatadır. Əgər iki nəfər 2 pay qiyməli yarpaq xəngəli ilə bərabər turşu, salat və limonad sifariş verərsə, ümumi hesab 27 manat məbləğində olacaq.
“Şirvanşah”
Salatın Əsgərova 86 ünvanındakı (Nizami m/st yaxınlığı) “Şirvanşah” restoranı isə qiyməli yarpaq xəngəlinin bir payını 7 manata təklif edir. İki nəfər bu restoranda 2 pay qiymətli yarpaq xəngəli və turşu, qatıq, salat və limonad kimi əlavələr sifariş verərsə 26-30 manat civarında hesab ödəyəcək.
“Kosta Cafe Bar”
Mirzə İbrahimov 5C küçəsindəki (Fəvvarələr meydanı) “Kosta Cafe Bar” restoranda isə restoranı qiyməli yarpaq xəngəlinin bir payını 7 manata təklif edir. İki nəfər bir restoranda 2 pay qiyməli yarpaq xəngəlindən əlavə turşu sifariş etsə cəmi 18 manat hesab ödəyəcək.
“Quzu Təndir & Kabab ”
Şərifzadə 14 küçəsindəki (Azərnəşriyatın arxası)“Quzu Təndir & Kabab ” restoranı qiyməli yarpaq xəngəlinin bir payını 7 manata təklif edir. İki nəfər bir restoranda 2 pay qiyməli yarpaq xəngəlindən əlavə turşu, təzə salat və pendir sifariş etsə cəmi 21manat hesab ödəyəcək.
“Xingal House”
Naxçıvani küçəsi 15 ünvanında yerləşən “Xingal House” restoranında da yarpaq xəngəlinin yalnız qiyməli növü təklif olunur. Bir payının qiyməti 7 manatadır. İki nəfərlik qiyməli yarpaq xingəli ilə bərabər, salat, turşu, limonad sifariş edilərsə ümumi hesab 20-28 manat civarında olur.
“Sahil”
Neftçilər prospektində yerləşən(Sahil m/st yaxınlığı) “Sahil” restoranında qiyməli yarpaq xəngəlinin bir payı qatıq ilə bərabər 10 manata təklif edilir. İki nəfər 2 pay qiyməli yarpaq xəngəli ilə birlikdə təzə salat, limonad və turşu sifariş edərsə 50 manat hesab ödəməlidir.
“Sumakh”
Xocalı prospektində yerləşən (Xətai m/st yaxınlığı) bu restoranda qiyməli yarpaq xəngəlinin 1 payının qiyməti 15 manatadır. Bir pay turşu 10 manata, restoran tərəfindən hazırlanan limonadın 1 litri isə 12 manatadır. İki nəfər 2 pay qiyməli yarpaq xingəli ilə birlikdə, bir pay turşu və bir litr limonad sifariş versə 52 manat hesab ödəyəcək.
“Ağacan”
Qoqol küçəsindəki(Xaqanı bağı)“Ağacan” restoranı qiyməli yarpaq xəngəlinin bir payını 5 manata təklif edir. İki nəfər bir restoranda 2 pay qiyməli yarpaq xəngəlindən əlavə turşu, təzə salat və pendir sifariş etsə cəmi 24 manat hesab ödəyəcək.