Seyyah.az-ın fins.az-a istinadən verdiyi məlumata görə, ötən ay mətbuatda hotel mövzusuna 844 dəfə toxunulub.
Ən çox adı çəkilən hotel «Excelsior» olub. Bu şirkətin adı KİV-lərdə 175 dəfə hallanıb. Sonrakı yerləri «Hilton» (153 məlumat), «Fairmont Baku» (83 məlumat), «Park İnn» (80 məlumat) və «Empire» (75 məlumat) şirkətləri tutur.