Qırx min dollarlıq brilyant udan turist həbs olundu – FOTO

Qırx min dollarlıq brilyant udan turist həbs olundu – FOTO
Xəbərlər 10 Oktyabr 2018 09:55 49
Qırx min dollarlıq brilyant udan turist həbs olundu – FOTO

Türkiyənin Marmaris ərazisində girdiyi zərgərlik dükanından 40 min dollar dəyərində brilyant üzüyü oğurlayıb və sonra onu udan irlandiyalı İan Kempl həbs olunub.

Seyyah.az xəbər verir ki, birinci məhkəmə prosesindən sərbəst buraxılan İan hakimin etirazından sonra yenidən həbs edilib.

Bildirilir ki, tətil üçün Marmarisə gələn turist mağazaya girərək satın almaq bəhanəsi ilə üzüklərə və digər zinət əşyalarına baxıb, sonra isə üzüyü cibinə qoyaraq mağazadan qaçıb.

Mağaza sahibi polislərə xəbər verib. Polislərin gəldiyini görən Kempl üzüyü udub. 

Üzük polislər tərəfindən yaxalanan turistin bədənindən tibbi yolla çıxarılıb. Sonra əcnəbi məhkəməyə gətirilib.

Mənbə: Oxu

OXŞAR XƏBƏRLƏR