Nağıllar şəhəri-Venesiya - ŞƏXSİ TƏCRÜBƏ

Nağıllar şəhəri-Venesiya - ŞƏXSİ TƏCRÜBƏ
Xəbərlər 10 Oktyabr 2018 14:11 39
Nağıllar şəhəri-Venesiya - ŞƏXSİ TƏCRÜBƏ

Bu qrupda ilk paylaşımım kiçik bir sualla başlamışdı -Payız aylarında Avropanın hansı ölkəsini səyahət etməyi məsləhət görürsünüz ? Çox sağolsunlar bir çox təcrübəli gəzəyənlərin maraqlı məsləhətləri olmuşdu amma mən payız səyahətimə elə o sualı ünvanlarkən ağlımda olan ilk yer – ən sevdiyim ölkə İTALİYA ilə başladım Bu paylaşımım isə ilk sualım qədər qısa olmayacaq , çünki harda bir şəklini , videosunu görsəm heyranlığımı gizlədə bilmədiyim , taa uşaqlıqdan nağıllar şəhəri kimi yaddaşımda iz salan Venesiya haqqında yazıram.

Bilmirəm burda Venesiya haqqında paylaşımlar olubmu ya yox , istərəm ki , mənim də yazım məlumatlandırıcı olaraq qrupa rəng qatsın 
Venesiya insanoğlunun bugünədək inşa etdiyi kanallar diyarından ibarət olan dünyanın ön gözəl şəhəri ünvanına sahibdir.Şəhərin adı çəkiləndə hamının ağlına ilk gələn hər tərəfdən su ilə əhatə olunmuş yaşayış məskənləri , kanallarda üzən qayıqlardır. Mən şəxsən elə zənn edirdim ki , Venesiya yalnız sudan və azacıq dar quru sahədən ibarətdir və şəhərin sərhəddidə sudan başlayır. Əslində isə Venesiya nece ki , Bakı içərişəhər kimi tarixi və bildiyimiz dəniz səviyyəsindən hündürdə qurulmuş yaşayış bölgəsindən ibarətdirsə eynilə Venesiya da quru sahəsindən , avtomaqistralların olduğu yollardan ibarət olan ərazidən və tamamilə bu ərazidən fərqlənən kanallarda salınmış ərazidən ibarətdir. Avtobus və ya maşınla Venesiyanın böyük tarixi mərzəkinə – yəni kanallar olan əraziyə gəlmək üçün maksimum Roma meydanı deyilən əraziyə qədər gəlmək mümkündür. Kanallar olan sahəyə qədər isə Roma meydanından ayaqla gəlmək lazımdır.

Gəzə-gəzə gəlib böyük kanala çatırıq və burdan istəsək kondol qayıqları , istəsək kater vasitəsilə şəhərin köhnə mərkəzinə keçid edə bilərik. Böyük kanalda ən münasib gəzinti katerlədir. Qiyməti 20 avrodur. Kondollar isə daha çox dar kanallarda ekskursiya üçün uyğundur. Bir kondola maksimum 6 nəfər minə bilər və bir gəzinti standart olaraq 80 avrodur. Bu summa kondoldakı sərnişinlər arasında bölünür . Təbiiki kondolda sərnişin sayı doludursa qiymət adam başına təxmini 15 avro düşür , ancaq sərnişin sayı tam bitməyəndə bu qiymət təbii adambaşına dəyişir. Kondollarla kanallarda ekskursiyanın müddəti yarım saatdır. Əslində 30 dəqiqə gəzdiriləcəyinizi sizə vəd etsələrdə bu emosional italyan kondolcular öz əhval-ruhiyyələrinə uyğun müddəti qısa da tuta bilərlər, yəni siz siz olun o gözəl kanallarla gəzərkən şəhərin möhtəşəmliyi sizi valeh etdiyi zaman saatınıza nəzarəti unutmayın , əgər kondolçu sizi başdan etməyə çalışırsa sadəcə “biz bu gözəl şəhərə doymuruq “ deməyiniz yetərlidir onları yenidən motivasiya etmək üçün . Komplimenti bu millət çox sevir )) Kondolların sayı maksimum 400 ədəddir və federasiya sayın artırılmasına icazə vermir. Rənglərinin əksəriyyəti qaradır – səbəb isə keçmiş zamanlarda ən dəbdəbəli kondollar tabut olaraq istifadə olunub, vəbadan ölənlərin daşınması üçün istifadə edilibmiş və buna görə qara rəngə üstünlük verilib. Ağ rəngli möhtəşəm dəbdəbəli kondollar da varki , nikah mərasimi zamanı istifadə olunur. Həmçinin təcilli yardım , polis , taksi kimi nəqliyyat növləridə qayıq kondollardan ibarətdir. Yəni tamamilə bambaşqa bir yaşam tərzi vardır. Burda insanlar öz kondollarını necə ki , biz velosipedlərimizi, maşınlarımızı binamızın , qapımızın önündə saxlayırıq , onlar da eyni qaydada park edirlər. Kondol sürücülüyü italyanlarda nəsildən nəsilə atadan-oğula keçir . Baxmayaraq ki , şəhərin digər sahələrində işçilərin əkssəriyyətini gəlmə əhali təşkil edir, ancaq kondol sürücüsünün yerli olması şərtdir. Kondollardan bu qədər))


Şəhərin gəzilməli yerləri kimi sözdən söhbət gedə bilməz, çünki hansı rakurskdan baxsan tam fotoluq , mənzərəlik , görməlik bir fonla qarşılaşırsan. Hər küncü, hər daşı gəzməli… Təbii ki ,
– San Marco meydanını mütləq gəzilməli, ordaki nəhəng göyərçinlər , qağayılar yemlənməli , meydanın pilləkənləri üzərində əyləşib , gün batımı seyr edilməli
– Riato körpüsündə ayaq döyməli- burdakı qızıl dükanlarına baş çəkib Rasiyski qızılla italyanskinin fərqinə yerindəcə baxmalı
-Qotik tərzli Düklər sarayının ətrafını dövrə vurub , Ahlar körpüsündə mütləq selfi etməli (keçmişdə Düklər sarayında həbsxanaya yollanan əsirlər bu körpüdən saraya aparılarmış və bu bağlı körpünün iki tərəfli kiçik pəncərəsindən boylanan əsirlər ah-vay edərək şəhərə boylanıb ordan həbxanaya yollanırmışlar və adı belə qalıb-Ahlar körpüsü)
-Sapfir rəngli köpüklü suyu olan adriatik dənizi seyr edilməli
-Dar kanallarla kondol turuna çıxılmalı
-Dar küçələrin tarqovisında azmalı , brendləri bakı ilə müqayisə etməli , yerli əhaliyə qarışmalı ….

Yaz yaz bitməz italyan torpaqları. Bir də bu italyanların özləri – Azərbaycanlılara , ən çoxda ana torpağım Şəkililərə hər zaman ən çox bənzədilən millətin italyanlar olduğunu eşitmişdim. Həqiqətən də italyanlar qonaqpərvərliyi , gülərüzlü , istiqanlı , əyləncəyə meylli , emosional olmaları , digər avropa bölgələrindən fərqli olaraq dəbdəbəyə , geyim keçimə , ağız dadlarına düşkünlükləri ,yardımsevərlikləri ilə millətimizə çox bənzərdirlər. Dar Venesiya küçələrində gəzişərkən hər tində yerli əhalinin öz aralarında olan dialoqlarının şahidi olursan. Öncə zənn edirsən ki , tində münaqişə gedir, o qədər hündürdən və sürətli , əl-qol hərəkətlərindən istifadə edərək jestlərlə danışırlar ki , sanki dava edirlər .Bir müddət müşahidə aparmaq anlamağa yetir ki , yox onlar mübahisə etmir – bizim kimi maraqla öz aralarında söhbət edirlər)))) İtalyan qadınlarından çox kişiləri avropa ölkələri arasında baxımlı olmaqları ilə seçilirlər. Sadəlikdən uzaqdırlar, diqqətçəkici tərzləri və xüsusi zövqlə seçilmiş yerli brend ayaqqabları vardır.Öz yerli qidaları olan pasta , lazanyalarını yeməyi və şərablarını çox sevirlər. Ən çox diqqətimi çəkən şeylərdən biri isə italyanların jestləridir. Məsələn -bu işarənin anlamı onlarda sənə sual ünvanlayır – nə istəyirsən? -bu işarə isə onlarda bizim bildiyimiz qələbə işarəsi deyil , mən tualetə getmək istəyirəm deməkdir , çənə altlarından əllərini sürtmələri isə mənə maraqlı deyil , diqqətimi çəkmir anlamı verir və bu jestə bir də büzülən dodaqlarını əlavə edirlər , restoranlarda sizə xidmət edənlərə yeməkdən və xidmətdən məmmun qaldığınızı bildirmək üçün işarə barmağınızı yanağınıza vura bilərsiniz.


Shopping üçün hər çeşiddə mallar var. Xüsusilə Riato körpüsü dünyanın bazarı ilə məşhur körpüləri arasında ilk beşlikdədir. Ən çox diqqət çəkən suvenir əşyalardan biri karnaval maskalarıdır. Bu maskalar xırda açarlıq ölçüsündən tutmuş əsl maska ölçüsünə kimi dizayn edilmişdir. Əl əməyinin üstünlüyünə görə 10 avrodan 2000 avroyadək qiymətləri dəyişir. Hədiyyəlik əşyalardan ən yayılmışı burda müxtəlif materialların üzərinə çəkilmiş Venesiya mənzərələrinin rəsmləridir.
Mənim Venesiyada olduğum gündən bir gün öncə şəhərdə olan karnaval festivalının son günü imiş. Çata bilmədiyimə görə üzülsəmdə şəhərin hər bucağı insanı özünə elə valeh edirki , nəyəsə təəssüflənmək heç insanın ağlına gəlmir.Venesiyaya gəlmişkən məşhur turist filmini xatırlamamaq və filmin hadisələrinin cərəyan etdiyi , Angelina Jolinin balkonundan Jhony Depə boylandığı evə nəzər salmamış qayıtmaq olmaz mütləq xatirinizdə olsun ))
Venesiyada mütləq
– Qarışıq pizza yeyilməli
– Qırmızı şərab dadılmalı
– Yerli (kərəyağı tərkibli ) Dondurma yeyilməli
– Yerli Pasta yeyilməli
– Cappucino içərək günə başlanılmalı
– Tiramisu dadılmalı

Büdcənizi qorumaq üçün çalışın içməli suyunuzu təmiz su hövzələrindən və ya otelinizdən təmin edin.Yarım litrlik su şüşələri 1.80 avrodan başlayır. Pizzanızı , cappucinonuzu , dondurmanızı wolkaway üsulu yeyin ki , restoranda kafedə əyləşsəz bəlkə də yeyib-içdiyinizə xərclədiyiniz puldan çox yer pulu , servis pulu verməli olacaqsız, avropada hər yanda olduğu kimi bu italiyada şərtdir. Servisi dəyərləndirməməyi onlar özlərinə təhqir kimi qəbul edir.Pastanızı isə büdcənizdən bir 10-17 avro gözdən çıxararaq normal restoranda oturub yeməyi məsləhət görərdim. Çünki ucuz yol kənarı bir turist kafesində sifariş edəcəyiniz pasta bildiyimiz adi verməşil makron olaraq tomata bulanmış halda süfrənizə gələcəkdir. Bir az viza məsələsinə də toxunmaq istərdim. Uçuşuma 40 gün qalmış səfirliyə sənəd təqdim etdim və uçuşa 3 gün qalmış vizamı aldım. Müraciət üçün seçdiyim sezon daha çox tələbə qəbulu dövrünə düşdüyü üçün konsulluqda sənədlərimə gec baxılıb. Artıq təmiz ümidimi itirdiyim bir an sms gəlmişdiki vizanız hazırdır.Götürə bilərsiniz ))


Burnu həssas olanların təəssüratlarından fərqli olaraq Venesiyanın üfunət nəm , kif qoxusu filan yoxdur, ola bilsin yağıntısız sezonda gəzdiyim üçün fərqinə varmadım. Təbii ki şəhərin kanallar olan hissəsinə girərkən öz qoxusuyla səni salamlayır, sadəcə 2-3 dəqiqə yetərli olur ki mühitə uyğunlaşasan. Adriatik dənizinin əhatəsində , adaları , kanalları ilə göz oxşayan bu şəhərdə Günəş sanki daha bir qızılı parlayır. Desələr ki , burda yaşayarmısan ? Deyərəm yox. Çünki bu möhtəşəm nağıl şəhəri turistlər tərəfindən tamamilə zəbt olunub , o qədər çoxluqdur ki , o qədər səs var ki , özümü bir anlıq evdən işə getməkçün çıxarkən kondoluma mindiyimi , turist əlindən hansı yönə daha rahat üzüm , şəhərdə hansı küçəylə gedim ki , sakitlik olsun kimi fikirlər təsəvvür etdim və günün heç bir saatı dayanmayan səs – küy və əlbətdəki bahacıllıq bir müddət sonra buranı yaşanılmaz edir. Turist kimi gəzmək üçün 3 gün dolu-dolu səyahət etmək lazımdır. Balayı üçün də gələn turistlər çoxdur.Yerli əhalinin gənc təbəqəsi bahacıllıq və çoxluğa görə şəhərlərindən uzaqlaşıblar, buna görədə əhalinin əksəriyyətini gəlmə işçilər , turistlər təşkil edir , yerli əhalinin əksəriyyəti yaşlılardır . Bu qədər uzatmağımın anlamı budur ki – Venesiya GƏZƏYƏNLƏR-in məskənidir. Deyilənə görə yaxın 50 ildə şəhər itə bilər. Nə qədər ki , bu möhtəşəm şəhər xəritədən silinməyib, su basmayıb buraları gəlib gəzmək görmək lazım.
Vaxt ayırıb nəzər salanlara təşəkkür edirəm , mənim barmaqlarım yoruldu yazmaqdan yoxsa yazacaq çox şey var Venesiyadan.

OXŞAR XƏBƏRLƏR