Bu qış Azərbaycana çox sayda turist gələcək

Bu qış Azərbaycana çox sayda turist gələcək
Xəbərlər 10 Oktyabr 2018 19:53 49
Bu qış Azərbaycana çox sayda turist gələcək

Ötən ilə nisbətən bu il qış turizmi ilə bağlı ölkəmizə gələn turistlərin sayının daha da artacağı gözlənilir.

FED.az xəbər verir ki, bu fikri Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov deyib.

O bildirib, artıq dekabrın 1-dən qış turizminin açılışı olacaq. Bununla bağlı yerli turizm şirkətləri xarici tərəfdaşlara ölkəmizdə qış turizminə dair turpaketləri göndərməyə başlayıb.

Dünyada ən populyar qış turizminin məhz xizəksürmə olduğunu deyən N.Bağırov bildirib ki, Azərbaycanda hər il bu sahə inkişaf edir, daha peşəkar xizəkçilər ölkəmizə təşrif buyururlar. Ötən ilinə nəzər salan AZTA-nın sədri çoxlu sayda peşəkar xizəkçinin istirahət üçün məhz ölkəmizi, xüsusən də Şahdağı seçdiyini qeyd edib.

Mənbə: Azertag

OXŞAR XƏBƏRLƏR