Moskva aeroportlarına bu adlar verilə bilər

Moskva aeroportlarına bu adlar verilə bilər
Xəbərlər 11 Oktyabr 2018 15:31 170
Moskva aeroportlarına bu adlar verilə bilər

Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən 3 aeroporta Dmitri Mendeleyev, Fyodor Dostoyevski və Lev Tolstoyun adları verilə bilər.

Seyyah.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, bu gündən ölkədə "Rusiyanın Böyük Adları" layihəsinin reallaşdırılmasına başlanılacaq və bu layihə çərçivəsində ölkənin 45 tanınmış şəxsi seçilərək adları Rusiyadakı hava limanlarına veriləcək. Potensial namizədlər arasında adları çəkilən 3 ictimai xadim də var.

Belə ki, Vnukovo hava limanının D.Mendeleyevin, Şeremetova hava limanının F.Dostoyevskinin, Domodedovo hava limanının isə L.Tolstoyun adını daşıması nəzərdə tutulub. Yekun qərar ümumxalq səsverməsi əsasında, noyabrın 8-dən 30-dək veriləcək. Qaliblər dekabrın 5- də elan ediləcək.

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR