Seyyah.az-ın “Interfax-Azerbaijan”-a istinadən məlumatına görə, uçuşlar xüsusi aksiya çərçivəsində həyata keçirilir. Gediş-dönüş biletinin qiyməti vergilər, yığım və ödəmələr ilə birlikdə 393 avro-dan başlayır. Biletləri 1 mart - 30 mart 2015-ci il tarixləri arasında almaq olar. Uçuşlar isə 1 mart – 30 aprel 2015-ci il aralığında həyata keçiriləcək.
THY həmçinin, xüsusi aksiya çərçivəsində 1 mart – 30 aprel 2015-ci il aralıqları üçün Bakıdan Avropanın müxtəlif istiqamətlərinə endirimli qiymətlərlə uçuşlar təşkil edir:
Bakı – Berlin (gediş-dönüş 506 avro),
Bakı – Budapeşt (473 avro),
Bakı – Lvov (388 avro),
Bakı – Milan (431 avro),
Bakı – Cenevrə (454 avro).
Bundan başqa, aksiya çərçivəsində, 1 mart – 31 may 2015-ci il tarixləri arasında Amerika qitəsinə endirimli qiymətlərlə uçuşlar təklif edir:
Bakı – Boston (gediş-dönüş 710 avro),
Bakı – Buenos-Ayres (880 avro),
Bakı – Çikaqo (760 avro),
Bakı – Hyuston (818 avro),
Bakı – Los-Anceles (820 avro),
Bakı – Monreal (663 avro),
Bakı – Nyu-York (710 avro),
Bakı – San-Paulo (847 avro),
Bakı – Toronto (662 avro),
Bakı – Vaşinqton (710 avro).