“Turistləri Bakıdan Qəbələyə qatarla aparmağa çalışacağıq”

“Turistləri Bakıdan Qəbələyə qatarla aparmağa çalışacağıq”
Xəbərlər 12 Oktyabr 2018 16:09 167
“Turistləri Bakıdan Qəbələyə qatarla aparmağa çalışacağıq”

"Qəbələ ərazisindən, yəni Ağdaşdan Ləki stansiyasından dönməklə Qəbələnin hava limanına qədər çəkiləcək dəmiryolunun artıq hər iki tərəfində torpaq məsələsi və xətt həll edilib, işlər gedir".

Seyyah.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC - nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, torpaq yatağı təqribən 20 km -yə qədər artıq hazırlanıb: "Orda relyef bir qədər çətindir. Biz Zaqataladan və Balakəndən çınqıl daşımaqla yeni yol yatağının tikintisi ilə məşğuluq. Orada bir neçə ay qoruqla bağlı problemimiz olub. Ancaq Prezidentin tapşırığı ilə həmin məsələni həll etdik. O, yolun maliyyəsi ayrılıb və tikintisi davam etdirilir. Turist axınının artmasını nəzərə alaraq biz gələn il çalışacağıq ki, Bakıdan turistləri Qəbələyə qatarlarla aparaq. Buna görə, əlavə yeni 11 elektrik qatarı,  3 dizel qatarının alınması vacibdir. İnvestisiya qoyuluşlarında bu məsələnin nəzərə alınması üçün çalışacağıq”. 

Onun sözlərinə görə, Bakı -Qərb - Şərq yəni, Gürcüstan və Qarsa qədər olan ərazi ni biz bir həftə bundan öncə Gürcüstan və Azərbaycan dəmiryolları ilkin istifadə üçün eksplatasiya yəni, istismar məsələsi haqqında təlimat hazırlamışıq:

“Həmin yoldan bu günə qədər təqribən 3 mindən çox vaqon və konteyner daşınması təmin edilib. Orda relyef çox çətindir. təhlükəsizlik və yükün daşınması ilə bağlı problemlər mövcuddur. Bu da iki dövlət arasında gömrük postlarının qurulması və sərhəd müəyyənləşdirilməsi məsələsidir. Bizim orda 2 minə yaxın işçimiz var. Onun 30 faizi Azərbaycanlılardır. Dəmiryollarının 500-ə yaxın texnikası həmin yollarda çalışır. 17 km stansiya tikintisi aparılıb. Biz növbəti il Türkiyəyə həmin yolla səyahət edəcəyik”.

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR