Bron edilmiş aviabileti necə qaytarmalı?

Bron edilmiş aviabileti necə qaytarmalı?
Xəbərlər 12 Oktyabr 2018 18:42 101
Bron edilmiş aviabileti necə qaytarmalı?

Xəstəlik, viza verilməsindən imtina, planların dəyişməsi –  sizi çoxdan planlaşdırılmış və çoxdan gözlədiyiniz səyahətdən imtina  etməyə məcbur edən çox sayda hallar mövcuddur.  Bu cür hallarda siz görəcəyiniz tədbirlərin mexanizmini  bilməlisiniz. Məsələn, bron edilmiş aviabiletləri necə qaytarmaq olar.

Onu qaytarmaq istədiyiniz kimi o qədər də asan deyil, axı bu mal deyil, sərnişin və aviaşirkət arasında müqavilənin bağlanması haqqında hüquqi sənəddir. 

Siz aviabilet satın almaq qərarına gələnə qədər nələri bilməlisiniz? Bir sıra aviaşirkətlərdə dəyişdirməyən və geri qaytarılmayan biletlər var. Bir qayda olaraq, geri qaytarılmayan biletlər ən ucuz aviabiletlərdir. Biletin bron edilməsi prosesində tarifin seçimi zamanı onun geri qaytarılması və dəyişdirilməsi şərtlərinə diqqət yetirin.

Əgər siz bu cür aviabilet almışsınızsa, onun üçün ödənmiş vəsaiti yalnız müstəsna hallarda, məsələn, uçuş anında sizin xəstə olmanız haqqında arayışın təqdim edildiyi zaman geri qaytarmaq olar. Həmçinin istifadə edilməmiş yığımlar və rüsumlar üçün pul vəsaitlərinin geri qaytarmağa cəhd edə bilərsiniz. Təəssüflər olsun ki, aviaşirkətlərin heç də hamısı, xüsusilə də loukosterlər (qənaətcil aviaxətlər), bu cür hallarda sərnişinlərə yardım etmirlər.


Əgər siz qaytarılan tarif üzrə aviabilet almışsınızsa, bu zaman çox vaxt onun məcburi qaytarılması üçün əsas kimi aviaşirkətlər aşağıdakıları qəbul edirlər:

  1. reysin ləğv edilməsi və ya 3 saatdan çox müddətə gecikməsi;
  2. sərnişinin xəstəxanaya yatırılması (arayışla təsdiq etmək lazımdır);
  3. yaxın qohumun vəfatı ( qohumluğun təsdiq edilməsi haqqında sənədi və ölüm haqqında arayışı təqdim etmək lazımdır);
  4. sərnişinin vəfat etməsi.

Vizanın verilməsindən imtina edilməsi bir çox aviaşirkətlər tərəfindən aviabilet üçün ödənmiş vəsaitlərin geri qaytarılması üçün kifayət qədər əsas hesab edilir. Lakin bu cür hallarda pul vəsaitlərinin geri qaytarılması üçün aşağıdakıları etmək lazımdır:
– viza verilməsindən sizin səfərinizin son məntəqəsi olan ölkənin konsulluğu tərəfindən imtina edilsin;
– yalnız imtina möhürünün vurulduğu pasport səhifəsinin surətini deyil, həm də konsulluq tərəfindən verilən və vizadan imtinanı təsdiq edən rəsmi sənədi təqdim etmək;
– bütün sənədləri bizin biletinizdə göstərilən uçuş tarixinə ən azı bir gün qalmış təqdim etmək.
Bütün digər hallarda biletin qaytarıldığı zaman sizi cərimə sanksiyaları gözləyir. Hər bir aviaşirkətin biletin qaytarılması ilə bağlı öz şərtləri vardır – cərimə sanksiyalarının məbləği vəsaitlərin, geri qaytarılması müddəti.

Bron edilmiş aviabileti necə qaytarmalı?

Siz bileti aldığınız aviaşirkətin müəyyən e-mailinə biletin qaytarılması ilə bağlı elektron ərizə göndərməlisiniz
Əgər siz aviabileti vasitəçidən almışsınızsa, bu zaman siz aviabiletin satın alındığı məntəqəyə müraciət etməli və eyniləşdirmədən keçməlisiniz, bundan sonra operator yeri brondan çıxaracaq və aviabileti ləğv edəcəkdir. Bu halda siz yenə də biletlərin satıcısı ilə əlaqə yaratmalısınız – pul vəsaitlərinin geri qaytarılması onun sorğusuna əsasən həyata keçiriləcəkdir.
Əgər siz satın aldığınız bilet üçün ödənişi kartdan istifadə etməklə saytda həyata keçirmişsinizsə, bu zaman pul vəsaitləri sizin kartınıza geri qaytarılacaqdır.

Uçuşa az vaxt qalmışdırsa, bileti necə qaytarmalı?

Əvvəlcə mümkün olduğu qədər tez bir zamanda yeri brondan çıxarmaq lazımdır. Əgər siz bunu uçuşa ən azı bir gün qalmış edə bilməzsəniz, bu zaman ləğvetmə üçün cərimənin məbləği əhəmiyyətli dərəcədə artacaqdır.

Reysə gəlmədikdə aviaşirkətlərin əksəriyyətində bileti qaytarmaq mümkün olmayacaqdır. Biletin qaytarılması üçün sonuncu mümkün imkanla bağlı hər bir aviaşirkət özü qərar verir. Lakin, bir qayda olaraq, bu, sizin reysə qeydiyyatın başa çatdığı andır.
Hava limanında biletin ləğv edilməsi üçün reysin qeydiyyatı masasına (biletin geri qaytarılması haqqında qeydə marşrut qəbzinin çap variantını götürməyi unutmayın ), sizin aviaşirkətinizin nümayəndəsinə müraciət etmək və yaxud onun qaynar xəttinə zəng vurmaq olar.

 

Satın alınmış aviabilet üçün ödənmiş pul vəsaitləri nə vaxt qaytarılacaqdır?

Aviaşirkətdən asılı olaraq, pul vəsaitlərinin geri qaytarılması 7 gündən 30 günə qədər müddət ərzində həyata keçirilə bilər.

Mənbə: Triponline

OXŞAR XƏBƏRLƏR