Bir neçə mehmanxana ulduz aldı

Mədəniyyət və Turizm Nazirliyi Bakı şəhəri və Qusar rayonunda fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verib.
Xəbərlər 3 Mart 2015 00:00 1850
Bir neçə mehmanxana ulduz aldı

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Seyyah.az-a verilən məlumata görə, mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır.

Şöbədən bildiriblər ki, Bakıdakı “Panorama Villa Lux” və “Azəryol” mehmanxanalarına 4, “Passage Hotel” mehmanxanasına 3, Qusar rayonundakı “Shahdag Hotel&SPA”, “Pik Palace”, “Park Chalet” mehmanxanalarına 5, “Zirvə Hotel” istirahət mərkəzinə 4 ulduz verilib.

Qeyd edək ki, təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı artıq 73-ə çatıb.

OXŞAR XƏBƏRLƏR