Türkiyənin məşhur holdinqi - OTELLƏRİNİ SATIŞA ÇIXARDI

Türkiyənin məşhur holdinqi - OTELLƏRİNİ SATIŞA ÇIXARDI
Xəbərlər 13 Oktyabr 2018 12:59 468
Türkiyənin məşhur holdinqi - OTELLƏRİNİ SATIŞA ÇIXARDI

Türkiyənin məşhur biznes strukturlarından olan «Doğuş Holdinq» otellərini satışa çıxarıb.

Seyyah.az Türkiyə mətbutaına istinadən xəbər verir ki, Doğuş Holding İtalyadakı lüks «Capri Palace»ə daxil olan bütün otellərini satmaq üçün alıcılarla görüşüb. Otelləri Portuqaliyadan, İspaniyadan, İtaliyadan, Asiyadan və Yaxın Şərqdən almaq istəyənlər var.

Doğuş Holding bu günə qədər təxminən 1 milyard avro pul xərclədiyi otellərin hamısı "lüks"dür. Məsələn, 2 Michelin ulduzlu  restoranı olan 68 otaqlı Capri Palacenin 1 gecəsi 8 163 avrodur (16 081 manat).

Qeyd edək ki, hazırda holdinqin vəziyyəti elə də yaxşı deyil, oktyabrın 9-da beynəlxalq kredit reytinq agentliyi Standard & Poors (S & P), Doğuş Holdinqin kredit reytinqini B-dən B'-ə endirib.

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR