İş barədə məlumat
- Müxtəlif istiqamətlərdə (hərbir menecer üçün təyin olunan ölkələr üzrə) fərdi və qrup turların hazırlanması
- Müştərilərdən və ya əməkdaşlardan (partnyorlardan) gələn sorguların işgüzar formada cavablandırılması, qeydiyyata alınması və ya əlaqədar əməkdaşa (işçiyə) yönləndirilməsi
- Müştərilərlə və Partnyorlarla yüksək səviyyədə işgüzar münasibətin qurulması
- Mövsümə uyğun turların hazırlanması və Reklam bölməsinə ötürülməsi
- Xarici tərəfdaşlarla (şirkətlərlə, hotellərlə) işgüzar əlaqələrin qurulması
- Həftə və ay ərzində görülmüş işlər barəsində hesabatların hazırlanması və rəhbərliyə ötürülməsi
- Turizm sahəsi üzrə ölkə daxilində və ölkə xaricində keçirilən tədbirlərdə, sərgilərdə, konfranslarda şirkətin yüksək səviyyədə təmsil olunması
- İş saatları: 10:00-dan 18:00-dək
- Şənbə günü: 11:00-dan 16:00-dək
- İstirahət günü - Bazar günü
- Sınaq müddəti 20 gün
- Maaş 200 AZN + faiz
Namizədə tələblər
- Tur menecer kimi turizm sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənlərə üstünlük verilir)
- Kompüterdə işləmək bacarığı (MS Office programları, İnternet, MS Outlook, və s.)
- Səlis və işgüzar danışıq bacarığına malik olmaq
- Yüksək ünsiyyət qurma bacarığına malik olmaq
- Məsuliyyətli və diqqətli olmaq
- Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq
Şəkilli CV-lərinizi "Tur meneceri" başlığı altında hr@canarytravel.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.