Tahir Əmiraslanov:Kababımızı yeyib "dəli olurlar”

Tahir Əmiraslanov:Kababımızı yeyib
Xəbərlər 18 Oktyabr 2018 13:33 474
Tahir Əmiraslanov:Kababımızı yeyib "dəli olurlar”

Qastronomik turizmin özünün Azərbaycanda çox böyük imkanları var. Bizim 4 mindən çox xörəyimiz var. Mən bu gün səhər Hindistandan qayıtmışam. Mən Hindistanın müxtəlif otellərində olmuşam. Bu ölkədə çox böyük sammit keçirilirdi. Hindistanda Azərbaycan mətbəxi barədə mühazirə oxuduq Azərbaycan mətbəxi filmi göstərildi. Həmçinin tədbirdə yeməklərimiz verildi. Seyyah.az xəbər verir ki, bu sözləri ölkəmizdə qastronomik turizmin vəziyyəti ilə bağlı açıqlama verən Əməkdar mədəniyyət işçisi , Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov bildirib.

Hindistanda tədbirdə cənab səfirlə görüşəndə səfirin yanında bir turizm şirkətinin təmsilçisi var idi. O qeyd etdi ki, hindistanlı turistlər Azərbaycana gələn kimi ancaq öz yeməklərini istəyirlər. Azərbaycan yeməklərini istəmirlər. Bu da dünya turizm təşkilatının açıqladığı göstəriciyə ziddir.

Məlum oldu ki, buna səbəb də həmin ölkə vətəndaşlarının vegetarian olmasıdır. Onlar kababxanaya gedəndə dəli olurlar – deyə Tahir Əmiraslanov bildirdi.

Milli Kulinariya Mərkəzinin prezidenti sammit zamanı milli yeməklərimizin nümayiş olunduğunu qeyd etdi. Onun sözlərinə görə, milli yeməklərimizi yeyən hindistanlıların “ürəkləri getdi”hamısı dönə-dönə yeməklərimizin dadına baxırdılar. Biz adi baxdığımız narşərabın dadından valeh oldular. Birbirlərinə göstərərək və bir-birlərini çağıraraq milli yeməklərimizdən həzz alırdılar.

Biz orda şah pilov verdik, ətli və ətsiz fisincan plov verdik. Mütəngə ətli və ətsiz , təqdim etdik.

Mənbə: Fins

 

 

OXŞAR XƏBƏRLƏR