Azərbaycanın turizm nümayəndəliklərinin yerləşəcəyi ölkələrin adları açıqlandı

Azərbaycanın turizm nümayəndəliklərinin yerləşəcəyi ölkələrin adları açıqlandı
Xəbərlər 18 Oktyabr 2018 14:50 393
Azərbaycanın turizm nümayəndəliklərinin yerləşəcəyi ölkələrin adları açıqlandı

İlkin olaraq Azərbaycan Turizm Agentliyinin  Rusiya, Almaniya, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Hindistanda nümayəndəliyi açılacaqdır. 2019-cu ilin sonunadək Fransa və Böyük Britaniyada da nümayəndəliyin açılması nəzərdə tutulur.

Seyyah.az xəbər verir ki, bu barədə “Milli Turizm Sammiti 2018”də Azərbaycan Turizm Bürosunun Beynəlxalq Bazarların idarə edilməsi departamentinin direktoru Sevinc Zeynallı bildirib.

O qeyd edib ki, 10 bazarı əhatə edən 5 prioritet region (Yaxın Şərq, Qərbi Avropa, Post sovet ölkələri, Cənub və Şərqi Asiya ) müəyyən edilib. Nümayəndəliklər bu regionlarda Azərbaycanın tanıdılması və turistlərin cəlb edilməsi ilə məşğul olacaqdır.

“Artıq hər hər bir regiounun ehtiyacları nəzərə alınaraq strategiyalar hazırlanıb.Yaxın Şərqdən gələn turistlər  lüks otellərə, dadlı yeməklərə, Avropadan gələn turistlər isə daha çox regionlara, eko turrizmə üstünlük verirlər”,- Sevinc Zeynallı əlavə edib.

Mənbə: Marja

OXŞAR XƏBƏRLƏR