Budapeştə AZAL 840 manata, “WizzAir” 64 manata uçur

Bu qiymətə uçuşlar mart ayının 30-dan etibarən həyata keciriləcək.
Xəbərlər 4 Mart 2015 00:00 1019
Budapeştə AZAL 840 manata, “WizzAir” 64 manata uçur

Bakı- Budapeşt- Bakı reysinə biletin qiyməti cəmi 64 manatdır. Bu, Macarıstanın “WizzAir” aviaşirkətinin Bakıdan Budapeştə ucuz qiymətli uçuşlara başlaması sayəsində mümkün olub. Seyyah.az-ın məlumatına görə, bu barədə Fins.az-a “Isra FlyTravel Tourism” şirkətindən məlumat verilib. Bu qiymətə uçuşlar mart ayının 30-dan etibarən həyata keciriləcək. Sərnişinlər gediş-gəliş bileti üçün cəmi 64 manat ödəyəcəklər. Bundan başqa heç bir əlavə xərc çəkməli olmayacaqlar. Hər sərnişin özü ilə 20 kq baqaj götürə bilər. Bundan yuxarı baqaj kütləsinin hər kq-a görə 10 manat ödəniləcək. Reyslər gündəlik həyata keçiriləcək. Biletləri artıq əldə etmək mümkündür.
Qeyd edək ki, “WizzAir” aviaşirkətinin təklif etdiyi uçuş qiymətləri «Azərbaycan Hava Yolları» QSC-nın («AZAL») qiymətlərindən 10 dəfədən artıq ucuzdur.  Məsələn, martın 31-də «AZAL»la Budapeştə  gediş-gəliş qiyməti 843 manat təşkil edir.

OXŞAR XƏBƏRLƏR