Fransa səfirliyinin viza şöbəsi "Sevgililər Günü"ndə yarım gün işləyəcək

Sənədlərin götürülməsi vaxtı dəyişib
Xəbərlər 5 Fevral 2014 00:00 1528
Fransa səfirliyinin viza şöbəsi "Sevgililər Günü"ndə yarım gün işləyəcək

Bütün dünyada "Sevgililər Günü" kimi qeyd edilən fevralın 14-də Fransa səfirliyinin Viza Şöbəsi yarım gün çalışacaq. Seyyah.az-ın məlumatına görə, bu barədə səfirliyin yaydığı açıqlamada bildirilir. Amma yarım günlük fasilə "Sevigililər Günü" ilə yox, təmir işləri ilə əlaqədardır.

"Qəza-xilasetmə məşqləri ilə əlaqədar, Fransa Səfirliyinin Viza Şöbəsi müstəsna olaraq, cümə günü 14 fevral 2014 tarixində, saat 13.00-dan etibarən günün ikinci yarısında bağlı olacaqdır"-deyə məlumatda bildirilir.

Bununla əlaqədar olaraq, viza müraciətlərini 12 fevral tarixində təqdim etmək üçün yazılan şəxslər, pasportlarını 14 fevral tarixində (saat 16.00-dan 17.00-dək götürmək əvəzinə) saat 12.00-dan 13.00-dək mütləq götürməlidirlər.

OXŞAR XƏBƏRLƏR