Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilk dəfə olaraq Sinqapurun Marina Bay Sands sərgi mərkəzində keçirilən 11-ci Asiya bazarları üçün beynəlxalq səyahət – “ITB-ASIA-2018” sərgisində iştirak edib.
AZTA-dan Seyyah.az-a bildirilib ki, sərgidə assosiasiyanın dəstəyi ilə 10 yerli şirkət iştirak edib və ölkəmizin turizm potensialı böyük maraqla qarşılanıb.
Assosiasiya üzvləri sərgi iştirakçılarına ölkəmizdə mövcud olan turizm məhsulları və istiqamətləri, o cümlədən yay və qış turizmi, ekoturizm, işgüzar turizm, müalicə turizmi haqqında geniş məlumat veriblər. Azərbaycan haqqında müxtəlif təbliğat materialları sərgi iştirakçıları arasında paylanılıb.
Mənbə: Azertag