Azərbaycanın məşhur turizm şirkəti bağlandı

Azərbaycanın məşhur turizm şirkəti bağlandı
Xəbərlər 23 Oktyabr 2018 09:18 219
Azərbaycanın məşhur turizm şirkəti bağlandı

“Gilan Holding”ə məxsus şirkətlərdən biri olan "Gilan Turizm" bağlanıb.

Seyyah.az xəbər verir ki, şirkət artıq fəaliyyət göstərmir.

Belə ki, bir müddətdir şirkətlə əlaqə saxlamaq istəyən müştərilər cavab ala bilmədiklərini və şirkətin əlaqə nömrəsinə zəng çatmadığını bildirirdilər. Tərəfimizdən "Gilan Turizm" ilə əlaqə saxladıqda məlum oldu ki, şirkət artıq bir aydır ki, fəaliyyətini dayandırıb.

Qeyd edək ki, "Gilan Turizm" 2005-ci ildən bütün dünyada biletlərin bronlanması və satışı, Azərbaycan və dünya üzrə bütün növ turların, həm fərdi, həm qrup şəklində, təşkili, görüş və yola salmalar, bütün istiqamətlərdə aviabiletlər, bütün dünya üzrə otellərin bronlanması, ekskursiyalar, viza dəstəyi, nəqliyyat xidmətləri, kruizlər, sığorta, tədbirlərinin təşkili xidmətini göstərirdi.

Mənbə: Finans.az

OXŞAR XƏBƏRLƏR