“Qafqaz” otellər şəbəkəsi parçalanır

“Qafqaz” otellər şəbəkəsi parçalanır
Xəbərlər 23 Oktyabr 2018 14:29 237
“Qafqaz” otellər şəbəkəsi parçalanır

“Qafqaz” otellər şəbəkəsinə daxil olan otellərdən biri fəaliyyətini dayandırdı, bəzilərinin isə adı dəyişdirilib. 

Seyyah.az xəbər verir ki, dünəndən etibarən “Qafqaz” otellər şəbəkəsinə daxil olan və Lənkəran rayonunda fəaliyyət göstərən “Qafqaz Sahil Hotel” oktyabr ayının 20-dən fəaliyyətini rəsmən dayandırıb.

Şirkətdən mənbəyə verilən məlumata görə, şəbəkəyə məxsus bəzi otellərin adı isə dəyişdirilərək ”Kaspıa” olub.

Misal üçün Qəbələdə yerləşən “Qafqaz Yeddi Gozel Hotel”in adı dəyişdirilərək “Kaspıa Yeddi Gozel Hotel Gabala”, Lənkəranda yerləşən “Qafqaz Sahil Hotel”in adı dəyişdirilərək “Kaspıa Sahil Hotel Lankaran” adı verilib.

Qeyd edək ki,  “Qafqaz” otellər şəbəkəsi “Gilan Holdinq”ə daxildir. Bundan öncəki xəbərdə də məhz, adıçəkilən oldinqə məxsus “Gilan Turizm” şirkətinin bağlanması barədə məlumat verilmişdi.

Mənbə: Unikal.org

OXŞAR XƏBƏRLƏR