"BakuCafe Dubai"da Azərbaycanın milli mətbəxi günü keçirilib

Azərbaycanın milli mətbəxi günü keçirilib
Xəbərlər 23 Oktyabr 2018 16:29 56
"BakuCafe Dubai"da Azərbaycanın milli mətbəxi günü keçirilib

Dubaydakı tanınmış «BakuCafé Dubai» restoranında Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan səfirliyinin və ölkəmizin Dubaydakı Baş konsulluğunun dəstəyi ilə təşkil edilmiş Azərbaycanın milli mətbəxi günü keçirilib.

Seyyah.az xəbər verir ki,tədbirdə Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şıkarov, Dubayda baş konsul Cavidan Hüseynov, Azərbaycanın ticarət nümayəndəsi Elnur Əliyev, BƏƏyə akkreditə olunmuş hökumət təşkilatları və müxtəlif diplomatik missiyaların nümayəndələri, Azərbaycan diasporunun və yerli icma nümayəndələri iştirak ediblər.

Çoxsaylı qonaqlara Azərbaycandan gətirilmiş yerli təbii məhsullardan qədim zamanlardan qorunub saxlanılmış bənzərsiz dada malik ənənəvi yeməklər və şirniyyatlar təklif edilmişdir.

 Menyuda ətirli zəfəranla plov, ləzzətli kəbab, dolma, eləcə də qonaqların gözləri qarşısında milli kəlağayılı xanımın hazırladığı qutablar və bir çox digər nəfis milli yeməklər təqdim olunmuşdur.

Biz inanırıq ki, Milli mətbəx gününün qeyd edilməsi Azərbaycanın zəngin mədəniyyətini, ənənələrini, adətənənələrini və, əlbəttə ki, ölkə xaricində milli mətbəximizi təbliğ etmək baxımından böyük əhəmiyyətə malikdir

Mənbə: Fins

OXŞAR XƏBƏRLƏR