Yaponiyada magistratura təhsili - 1300 DOLLAR TƏQAÜD

Yaponiyada magistratura təhsili - 1300 DOLLAR TƏQAÜD
Xəbərlər 25 Oktyabr 2018 16:12 462
Yaponiyada magistratura təhsili - 1300 DOLLAR TƏQAÜD

Beynəlxalq tələbələr  “WCO Human Resource Development Programme” təqaüd proqramı üzrə Yaponiyanın Aoyaa Gakuin Universitetində magistratura üzrə təhsil almağa dəvət olunurlar.  Namizədlərə olan tələblər:

Müvafiq müraciət formasının doldurulması

Öz ölkəsində gömrük siyasəti və idarəetmə sahəsində ən az 3 il iş təcrübəsi olmalıdır.

Mükəmməl ingilis dili biliyi (TOEFL IBT-79, PBT-550, IELTS-6.0. İngilis dilində təhsil almış namizədlər məzun olduğu universitetdən rəsmi təsdiq məktubu göndərə bilər.

2 tövsiyə məktubu

Bakalavr dərəcəsi (diplomun surəti)

Transkript

CV

Təqaüd dəyəri:

Təqaüd proqramı yerləşmə, yemək, nəqliyyat və digər yaşayış xərclərini, təhsil və səyahət/yol xərclərini  qarşılayır.

Aylıq təqaüd dəyəri 147,000 yen (1300 Amerika dolları) təşkil edir.

Mənbə: Xaricdetehsil.news

OXŞAR XƏBƏRLƏR