Bakıda yəhudi turist arzuolunmaz "macəra" yaşayıb

Bakıda yəhudi turist arzuolunmaz
Xəbərlər 26 Oktyabr 2018 16:27 576
Bakıda yəhudi turist arzuolunmaz "macəra" yaşayıb

Azərbaycanda İsrail vətəndaşına qarşı dələduzluq edilib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

Seyyah.az xəbər verir ki, İsrail vətəndaşı Azərbaycana turist səfərindən razı qalmayıb. 

Əcnəbi turist özü bu barədə Qaradağ RPİ-nin 11-ci polis bölməsinə şikayət edib. 1953-cü il təvəllüdlü Kalef Daniel Süleyman asayiş keşikçilərinə bildirib ki, oktyabrın 24-ü saat 15:00 radələrində Qobustana gedərək palçıq vulkanlarına baxmağı planlaşdırıb.

Bakı Beynəlxalq Avtovağzalı, arxiv şəkli

Bu zaman naməlum bir kişi ona yardımını təklif edib. Bildirib ki, bələdçilik edəcək və Qobustan ərazisində yerləşən bütün palçıq vulkanlarını ona göstərəcək. Naməlum şəxs öz xidməti qarşılığında israillidən 100 manat istəyib. Turist də tələb olunan məbləği kişiyə ödəyib.

Onlar saat 15:00-da Qaradağ rayonu ərazisində görüşərək palçıq vulkanlarına baxmağa getmək barədə vədləşiblər. İsrailli göstərilən vaxtda sözügedən ünvanda olub, lakin onun "bələdçi"si vədələşdikləri yerə gəlib çıxmayıb. Turist başa düşüb ki, onu uşaq kimi aldadıblar və polisə şikayət edib.

Lakin hələlik faktla bağlı heç kəs saxlanılmayıb. İsrailli turistin ölkəmizlə bağlı nə düşündüyü barədə isə özünüz qənaətə gəlin.

Mənbə: Sputnik
 

OXŞAR XƏBƏRLƏR