Bakının ən məşhur restoranı sökülür

Bakının ən məşhur restoranı sökülür
Xəbərlər 29 Oktyabr 2018 15:12 633
Bakının ən məşhur restoranı sökülür

Bakıda paytaxtın qonaqları arasında ən məşhur restoranlardan olan “Təndir” sökülür. 

Oxu.Az xəbər verir ki, milli mətbəxin təamlarının təqdim olunduğu restoranın söküntüsünə bu gün səhər saatlarından başlanılıb. 

“İçərişəhər” dövlət tarix-memarlıq qoruğunun əməkdaşlarının sözlərinə görə, bu ərazidə eyni anda bir neçə restoran sökülür. Onların yerində müasir obyektlər inşa olunacaq. 

Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn yüksək vəzifəli şəxslər, o cümlədən prezidentlər vaxtilə “Təndir” restoranında olublar.

OXŞAR XƏBƏRLƏR