Klinikalarda "check-up" - QİYMƏTLƏRİ, SİYAHI

Klinikalarda
Xəbərlər 29 Oktyabr 2018 15:59 826
Klinikalarda "check-up" - QİYMƏTLƏRİ, SİYAHI

"Check-up" konkret xəstəliyi və ya şikayəti olmayan istənilən şəxsdə mövcud ola biləcək və ya mövcud xəstəliklərin erkən müəyyən edilməsinə imkan verən müayinələr kompleksidir.

Müxtəlif çeşiddə müayinələri özündə birləşdirən "check-up" proqramının ən azı ildə bir dəfə aparılması məsləhətdir.

Bəs Azərbaycanda "check-up" müayinəsi neçəyədir?

Suala cavab tapmaq məqsədi ilə paytaxtda fəaliyyət göstərən bir neçə klinikadakı standart "check-up" qiymətləri ilə maraqlandıq. Araşdırmamız nəticəsində məlum oldu ki, ümumi "check-up"ın qiyməti klinikalar üzrə 20 - 394 manat arasında dəyişir. Müayinəyə əsasən, hemoqram, döş qəfəsinin rentgeni, qanda laxtalanma müddəti, kreatinin, amilaza alfa, qlükoza, xolesterin miqdarı, qanın, sidiyin ümumi analizi, Hepatit B, C, qarın boşluğunun USM müayinəsi daxildir.

Klinikalar üzrə standart "check-up" qiymətlərini təqdim edirik:

Avrasiya Klinikası

Standart "check-up" yoxdur. Terapevtik "check-up" isə 50 manatdır. Kampaniya yoxdur.

Baku City Hospital

Standart "check-up" 58 manatdır. "Check-up"lar kampaniya çərçivəsində həyata keçirilir.

Modern Hospital

Hazırda standart "check-up" xidməti göstərilmir.

Neftçilər Xəstəxanası

Xəstəxanada yalnız şirkət işçilərini "check-up" edirlər.

Medical Plaza

Ümumi"check-up"ın qiyməti 350 manatdır. Hər hansı bir kampaniya tətbiq olunmur.

Mərkəzi Klinika

40 yaşından aşağı qadınlar üçün ümumi "check-up" 165 manat, kişilər üçün isə 110 manatdır. Kampaniyalar yoxdur.

Leyla Şıxlinskaya klinikası

Klinika "check-up"larla işləmir.

Mərkəzi Gömrük Hospitalı

40 yaşdan aşağı şəxslər üçün standart "check-up"ın qiyməti 306 manat, 40 yaşdan yuxarı pasientlər üçün isə 394 manatdır. Kampaniya keçirilmir.

Oksigen Klinik Xəstəxanası

Klinikada ümumi "check-up"ın qiyməti 145 manatdır.

Ömür Klinikası

Klinikada standart "check-up" yoxdur. Döş qəfəsinin rentgeni 12 manat, EXO 40 manat, qarın boşluğunun müayinəsi isə 30 manatdır.

Bioloji Təbabət Klinikası

Klinikada qadınlar üçün ümumi "check-up" 196 manat, kişilər üçün isə 191 manatdır. Hazırda süd vəzisinin "check-up"ına kampaniya var.

Vital Klinika

Klinikada standart "check-up"ın qiyməti kampaniya çərçivəsində 20 manatdır. Kampaniya ayın sonunadək davam edəcək.

Mənbə: Kommersant

OXŞAR XƏBƏRLƏR