Moskvada üzən qəsəbələr və hotellər tikiləcək

Moskvada üzən qəsəbələr və hotellər tikiləcək
Xəbərlər 30 Oktyabr 2018 11:56 464
Moskvada üzən qəsəbələr və hotellər tikiləcək

“Houseboat” Rusiya-Danimarka birgə şirkəti Moskvada üzən qəsəbələr və hotellər tikmək niyyətindədir.

Seyyah.az xəbər verir ki, bu barədə “Moskva” agentliyi məlumat yayıb.

Məlumata görə, Moskva kanalının üç su hövzəsində üzən yaşayış məntəqələri və hotellər tikmək planlaşdırılır. Yaşayış üçün nəzərdə tutulmuş gəmilər – “houseboat”lar Rusiyada yığılacaq. Hər belə gəminin sahəsi 100-160 kvadratmetr təşkil edəcək. Bir qəsəbədə 13-30 üzən ev olacaq.

Mənbə: Azertag

OXŞAR XƏBƏRLƏR